Azərbaycan Texnologiya Universitetində (ATU) 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr edilmiş tədbir keçirilib. 

Tədbirdə əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ardınca Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra Müstəqilliyin Bərpası Gününə həsr edilmiş videoçarx nümayiş etdirilib. 

Daha sonra Azərbaycan Texnologiya Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Şahmar Həsənov, İctimai elmlər və multikulturalizm kafedrasının dosenti Mehriban Tağıyeva, baş  müəllimi Zəminə Novruzova çıxış edərək Ulu Öndər Heydər Əliyev və onun layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən 33 il ərzində Azərbaycan Respublikasının dövlət müstəqilliyinin inkişaf yolundan 
bəhs edib, tarixi günün xronologiyasına nəzər salaraq Azərbaycanın bu tarixi günü ərazi bütövlüyünü, suverenliyini tamamilə bərpa etmiş qalib xalq kimi qeyd etdiyini vurğulayıblar.
 
Sonda tələbələr Həsən Hüseyinov və Turanə Bədəlovanın ifasında B.Vahabzadənin "Vətən marşı" şeiri səsləndirilib.