Maliyyə şöbəsi

Zeynalabdinzadə İradə Rafiq qızı

Maliyyə şöbəsinin müdiri

(+994 22) 268 66 22

muhasibatlıq@atu.edu.az

Maliyyə şöbəsinin əsas funksiyaları
 
1. Azərbaycan Texnologiya Universitetinin inkişaf konsepsiyasının tələblərinin həyata keçirilməsini öz səlahiyyətləri daxilində təmin etmək;
2. Azərbaycan Texnologiya Universitetinin bütün fəaliyyət dövründə mühasibat uçotunu fasiləsiz həyata keçirmək;
3. Azərbaycan Texnologiya Universitetinin saxlanılması üçün dövlət büdcəsindən ayrılmış vəsaitin təyinatı üzrə və səmərəli istifadə edilməsi və xərclərin təsnifat kodları üzrə uçotunu həyata keçirmək;
4. Azərbaycan Texnologiya Universitetinin büdcədənkənar vəsaitinin təyinatı üzrə və səmərəli istifadə edilməsini və xərclərin təsnifat kodları üzrə uçotunu həyata keçirmək;
5. Azərbaycan Texnologiya Universitetinin aktiv və öhdəliklərinin üçotunun həyata keçirilməsinin təmin olunması və onlara nəzarəti təşkil etmək;
6. Universitetin xidməti istifadəsi üçün alınmış malların Azərbaycan Texnologiya Universitetinin struktur vahidləri və bölmələrinin tələbatına uyğun olaraq bölüşdürülməsini təmin etmək;
7. Müvafiq qanunvericiliyə uyğun olaraq əsas vəsaitlərin, qeyri maddi aktivlərin, qeyri-maddi aktivlərin və dövriyyə vəsaitlərinin inventarizasiyalarının keçirilməsi, əsas vəsaitlərin yenidən qiymətləndirilməsivə onların nəticələri üzrə köhnəlmiş və yararsız hala düşmüş inventarların silinməsi barədə Azərbaycan Texnologiya Universitetinin Rektoruna təkliflər vermək;
8. Azərbaycan Texnologiya Universitetinin strukturuna daxil olan bölmələr tərəfindən ilkin uçotun aparılması üzərində metodik rəhbərliyi həyata keçirmək;
9. Maliyyə və mühasibat uçotu qanunvericiliyə uyğun olaraq,struktura daxil olan bölmələrin maliyyə-təminat fəaliyyətində material,əmək və maliyyə resurslarından qənaətlə istifadə edilməsinə, dövlət əmlakının qorunmasına nəzarət etmək;
10. İlkin uçot sənədlərini, mühasibat uçotu reyestrlərini, mühasibatlıq hesabatlarını, mühasibat uçotu və maliyyə əməliyyatları ilə bağlı digər sənədləri tərtib etmək;
11. Universitetdə mühasibat uçotunun avtomatlaşdırılması və tətbiq olunan mühasibat uçotu proqramlarının təkmilləşdirilməsi ilə əlaqədar təkliflər vermək;
12. Universitet üzrə mühasibat uçotunun beynəlxalq və milli standartlara uyğun təşkilini həyata keçirmək;
13. Universitet işçilərinə əmək haqqlarının (dövlət məvaciblərinin)və digər ödəmələrin (o cümlədən ezamiyyə xərclərinin) düzgün haseblanmasını və vaxtında ödənilməsini, habelə əmək haqlarından (dövlət məvaciblərinin) və digər ödəmələrdən vergi və tutlmaların düzgün hesablanaraq vaxtında aidiyyəti üzrə ödənilməsini təmin etmək;
14. Bank və xəzinə əməliyyatlarını həyata keçirmək məqsədi ilə zəruri tədbirlər görmək;
15. Universitet üzrə qanunvericiliklə müəyyən olunmuş qaydada təqdim olunması nəzərdə tutulan məlumat və hesabatları, o cümlədən icmallaşdırılmış maliyyə hesabatlarını hazırlamaq və müvafiq struktur bölmələrlə razılaşdırmaqla müvafiq orqanlara göndərilməsi üçün Azərbaycan Texnologiya Universitetinin Rektoruna təqdim etmək;
16. Maliyyə,büdcə, ştat, kassa və digər norma və intizamlara riayət etmək;
17. Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri terinə yetirmək.
 
ƏMƏKDAŞLAR
 
1. Zeynalabdinzadə İradə Rafiq qızı - müdir
2. Məmmədov Rafiq Hüsü oğlu – aparıcı mühasib
3. Əliyeva Zülfiyə Mirzə qızı - mühasib
4. Mehtiyeva Pərvanə Faxrəddin qızı - mühasib
5. İbrahimova Vüsalə Heydər qızı – mühasib
6. İsmayılov İsmayıl Famil oğlu – mühasib