Necə müraciət etməli
ATU-da təhsil almaq istəyən əcnəbi tələbələr öz ölkələrindən birbaşa https://portal.edu.az/ platforması vasitəsilə müraciət etməlidirlər. Bunun üçün platformada qeydiyyatdan keçməli və zəruri sənədləri sistemə yükləməlidirlər. Müraciətlə bağlı hər hansı sual yarandığı halda, universitetin Beynəlxalq Əməkdaşlıq şöbəsi ilə (international@atu.edu.az ) əlaqə saxlaya bilərlər.
Bütün təhsil pilləsinə qəbul üçün təhsil haqqı 1300 AZN təşkil edir. Lakin universitet rəhbərliyinin qərarına əsasən təhsil haqqı ildən-ilə dəyişə bilər.
Bakalavr pilləsinə qəbul şərtləri
· Ərizə forması
· Orta məktəbi bitirmək haqqında attestat
· Tərcümeyi-hal(CV)
· Sağlamlıq haqqında arayış
· Ümümvətəndaşlıq pasportunun surəti
Magistratura pilləsinə qəbul şərtləri
· Ərizə forması
· Bakalavr diplomu
· Akademik transkript
· Niyyət məktubu
· Tərcümeyi-hal (CV)
· Sağlamlıq haqqında arayış
· Ümümvətəndaşlıq pasportunun surəti
· Tövsiyə məktubu
Doktoranturaya qəbul şərtləri
· Ərizə forması
· Bakalavr və magistr diplomu
· Akademik transkript
· Tədqiqat işiniz haqqında qısa məlumat
· Nəşrlərin siyahısı
· İki tövsiyə məktubu
· Tərcümeyi-hal (CV)
· Sağlamlıq haqqında arayış
· Ümumvətəndaşlıq pasportunun surəti
Başqa dildə olan bütün lazımi sənədlər rəsmi tərcümə xidməti tərəfindən ingilis dilinə tərcümə edilməli və notarius təsdiqi olmalıdır.