Məzun bankı
Məzunların şəxsi məlumatlarını və iş təcrübəsini əks etdirən məlumatların əldə edilməsini təmin etmək, məzunlarla davamlı əlaqə yaratmaq və onları universitetin əməkdaşlıq etdiyi müəssisələrdə olan açıq vakansiyalara yönləndirmək üçün CV formaları toplanılır.
Məzun olmuş tələbələrimizə işlə təmin olunmalarında yaxından dəstək göstərməyimiz üçün öz CV formalarını karyera@uteca.edu.az elektron poçt ünvanına göndərmələrini xahiş edirik.
Məzun olmuş tələbələrimizin məşğulluq səviyyəsini müəyyən etmək məqsədilə ildə 1 dəfə 200-300 nəfər aralığında məzun arasında online sorğu keçirilir. Sonuncu sorğu 2023-cü ilin fevral ayında keçirilmişdir. Sorğuya əsasən işlə təmin olunanlar 72,4%, işsiz olanlar 27.6% təşkil etmişdir.