Əlavə təhsil üçün nəzərdə tutulmuş qəbul qaydaları
Sənədlərin qəbulu hər tədris ilinin ikinci semestri Elm və Təhsil Nazirliyinin rəsmi saytında (www.edu.gov.az) elan olunmuş vaxt aralığında “portal.edu.az” saytı vasitəsi ilə həyata keçirilir. Namizədlər bunun üçün əsas səhifəyə daxil olaraq “Qeydiyyat” düyməsini sıxıb “Əlavə təhsilə elektron sənəd qəbulu” xidmətini seçib, “Müraciət et” düyməsinə sıxmaqla tələb olunan məlumatları daxil etməlidir. Məlumatları daxil etdikdən sonra namizəd müraciətini sayt vasitəsilə göndərir. Namizədin müraciəti təhsil müəssisəsinin AOİTAS sisteminə düşür. Məlumatlar təhsil müəssisəsi tərəfindən yoxlanılır və növbəti mərhələyə keçməsi üçün sistemdən icazə verilir.
Qeyd: Yalnız "portal.edu.az" saytında qeydiyyatdan keçən şəxslərin qəbul əmri verilir.
Təkrar ali təhsil yalnız ödənişli formada bağlanmış fərdi müqavilələr əsasında həyata keçirilir. Təkrar ali təhsil müvafiq ixtisas üzrə bakalavriat (və ona bərabər tutulan) səviyyəsi üçün mövcud olan baza təhsil proqramlarındakı ümumi və ixtisas fənləri bölümlərini əhatə etməklə, tələbənin baza təhsil proqramı ilə yeni ixtisasın baza təhsil proqramı arasındakı fərq nəzərə alınmaqla təhsil proqramları əsasında aparılır. Əvvəl aldığı ixtisasın təhsil proqramında öyrənilmiş fənlərin məzmunu yeni almaq istədiyi əlavə ixtisasın təhsil proqramına daxil olan hər hansı fənnin məzmununa uyğun olduqda, şəxs həmin fənlər üzrə cari və aralıq attestasiyadan azad olunur. Təhsilini müvəffəqiyyətlə başa vuranlara müvafiq ixtisas üzrə bakalavr peşə-ixtisas dərəcəsi və ali təhsil haqqında dövlət nümunəli bakalavr diplomu verilir.
Xarici ölkələrdə ali təhsil almış şəxslərin diplomları Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2023-cü il 3 fevral tarixli 34 nömrəli qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması” QAYDALARINA əsasən tənzimlənir.
Bu qaydalar keçmiş SSRİ-nin tərkibində olan dövlətlərin təhsil müəssisələri tərəfindən 1993-cü il yanvarın 1-dək verilmiş kvalifikasiyalara münasibətdə tətbiq edilmir.
1993-cü ildən sonra xarici ölkələrdə ali təhsil almış şəxslər, diplomlarına yalnız mövcud qaydalara əsasən tatnınma şəhadətnaməsi verildikdən sonra universitetə təkrar ali təhsil üçün müraciət edə bilərlər.
Təkrar ali təhsil almaq istəyən şəxslər aşağıdakı sənədləri təqdim etməlidirlər:
- Ali təhsil haqqında sənədin (diplomun və ona əlavənin) notarial qaydada təsdiq olunmuş surəti;
- 3x4 sm ölçüdə 4 ədəd fotoşəkil;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- Hərbi biletin surəti;
- Təhsil haqqını ödəmək haqqında fərdi müqavilə.
Namizədlər aşağıda qeyd olunan ixtisaslar üzrə 2023/2024-cü tədris ilində təkrar ali təhsil almaq üçün müraciət edə bilər: