Akademik məsləhətçi (Tyutor)

Tyutorların funksional vəzifələri:

-Tyutorlar tələbələrin akademik maraqlarını qoruyur və müdafiə edirlər.

-Tyutorlar tədris prosesinin təşkili ilə bağlı bütün zəruri məlumatları və sənədləri tələbələrə təqdim edirlər.

-Tələbələrin fərdi və işçi planlarının tərtibi üçün tyutorlar onlara qrup və fərdi məsləhətlər verirlər.

- Tyutorlar il ərzində müntəzəm olaraq akademik məsləhətlər təşkil edirlər.

- Tyutorlar müəyyən olunmuş müddətdə tələbələrin fərdi planlarının qəbulunu təşkil edir və istiqamətlər (ixtisaslar) üzrə işçi planlarının tərtibində iştirak edirlər.

- Tyutorlar tələbələrə fərdi tədris planlarında dəyişikliklər aparmasına yardım göstərirlər.

- Tyutorlar istiqamət (ixtisaslar) üzrə təhsil almaq üçün lazım olan bütün metodik materialların vaxtında hazırlanmasına və mövcudluğuna nəzarət etmək hüququna malikdirlər.

- Tyutorlar tələbələrin fənlər üzrə attestasiyalarının keçirilməsinə nəzarət edir və ali məktəbin rəhbərliyi tərəfindən təşkil olunan nəzarət komissiyalarının işində iştirak edə bilərlər.