Həmidov Sahil Zahid oğlu

Elm və innovasiya məsələləri üzrə prorektor

(+994 22) .

s.hamidov@atu.edu.az

Sahil Zahid oğlu Həmidov 18 avqust 1981-ci ildə anadan olub.

2002-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Kimya fakültəsinin Tətbiqi kimya ixtisası üzrə bakalavriat pilləsini, 2004-cü ildə isə Analitik kimya ixtisası üzrə magistratura pilləsini bitirib.

2008-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən "Analitik kimya" ixtisası üzrə kimya elmləri namizədi elmi dərəcəsinə layiq görülüb.

2003/2018, 2023/2024-cü illərdə BDU-da müxtəlif vəzifələrdə (laborant, baş laborant, müəllim, dosent) çalışıb. 2019/2020-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasında böyük məsləhətçi, 2020/2022-ci ildə sektor müdiri vəzifəsində çalışıb.

2024-cü ilin 9 sentyabr tarixindən Azərbaycan Texnologiya Universitetində elm və innovasiya üzrə müşavir vəzifəsində çalışıb, elmi işlər üzrə prorektor səlahiyyətlərini icra edib.

29 iyul 2025-ci il tarixində Azərbaycan Texnologiya Universitetinin elm və innovasiya məsələləri üzrə prorektoru vəzifəsinə təyin edilib.

Respublika və xarici ölkələrin elmi mətbuatlarında dərc olunmuş 100-ə yaxın elmi əsərin və 3 kitabın müəllifidir. 40-dan çox beynəlxalq elmi konfranslarda məruzələrinin tezisləri çap olunub. ED 2.16 Dissertasiya Şurasının üzvüdür.