Cəsarət Əliheydər oğlu Şabanov

Müdir

(+994 22) 268 37 75

tedris_sobesi@atu.edu.az

Cəsarət  Şabanov  1965-ci ildə Lənkəran rayonu Girdəni kəndində anadan olmuşdur. Orta təhsilini 1972-1982-ci illərdə Lənkəran rayonu Girdəni kənd orta məktəbində alıb. 1983-1985-ci illərdə Ordu sıralarında xidmət etmişdir. 1988-1993-cü illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (indiki ADAU) oxumuşdur. 1993-cü ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Aqrokimya və torpaqşünaslıq fakültəsini  fərqlənmə diplomu ilə bitirmişdir. 1993-1996-cı illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunun aspirantı olmuşdur. 2001-ci ildə “Lənkərançay hövzəsi torpaq münbitliyinin ekoloji monitorinqi” mövzusunda dissertasiya işi müdafiə edərək aqrar elmlər üzrə fəlsəfə doktoru elmi dərəcəsini almışdır. “Torpaqşünaslıq”, “Torpaqların meliorasiyası, rekultivasiyası və ekoloji əsasları”, “Torpaqların ekoloji qiymətləndirilməsi” fənlərindən mühazirə və laboratoriya   dərslərini aparır. 120 məqalənin, 1 monoqrafiyanın və 2 dərsliyin  müəllifidir.

Əmək fəaliyyətinə 1993-1996-cı illərdə  AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda aspirant olaraq başlamışdır.  1996-1999-cu illərdə AMEA-nın Torpaqşünaslıq və Aqrokimya İnstitutunda elmi işçi, 1999-2005-ci illərdə Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunda torpaqşünas-mühəndis, 2005-2023-cü illərdə Bakı Dövlət Universitetinin Torpaqşünaslıq kafedrasının dosenti olaraq çalışmışdır. Eyni zamanda 2011-2023-cü illərdə Bakı Dövlət Universiteti “Ekologiya və torpaqünaslıq” fakültəsinin dekan müavini vəzifəsində çalışımışdır. 2023-cü ilin sentyabr ayından Azərbaycan Texnologiya Universitetində Tədris şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Həmçinin universeitetin “Ətraf mühitin mühafizəsi” kafedrasının 0.5 ştat dosent vəzifəsində çalışır.

Ailəlidir, üç övladı var.

YAP-ın üzvüdür.