Hüseynov Həsən Sakit oğlu

Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri

[email protected]

Həsən Sakit oğlu Hüseynov, 07.11.1997-ci ildə Gəncə şəhərində anadan olub. 2003-cü ildə Ə.Cavad adına 2 saylı tam orta məktəbə daxil olub, 2012-ci ildə həmin məktəbin 9-cu sinifini bitirib Həmin ildə Gəncə şəhər 3 saylı Peşə liseyinin “Turizm Agenti” ixtisasına daxil olub, 2015-ci ildə bitirib. 2021-ci ildə Gəncə Dövlət Universiteti nəzdində Regional Kollecin “Vaqon və refrijerator təsərrüfatı” ixtisasına qəbul olub. Kollecdə təhsil aldığı müddətdə Tələbə Gənclər Təşkilatının fəallarından olub. 2021-2022-ci illərdə Gəncə Dövlət Milli Dram Teatrının yardımçı aktyor heyətində aktyor vəzifəsində çalışıb. 2022-2024-cü illərdə Gəncə-Daşkəsən Regional Mədəniyyət İdarəsinin Samux Rayon Mərkəzləşdirilmiş Kitabxana Sistemində Təsərrüfat müdiri vəzifəsində çalışıb. 2024-cü ildə Azərbaycan Texnalogiya Universitetinin “Nəqliyyat Mühəndisliyi” ixtisasına qəbul olub. Hal-hazırda həmin universitetin üçüncü kurs tələbəsidir. 2024-cü ildə keçirilən Tələbə Gənclər Təşkilatının sədr seçkilərində namizəd olub. Seçkilərdə səslərin çox hissəsini qazanaraq sədr vəzifəsinə seçilib. 2026-cı ilədək həmin vəzifəni icra edib. 2026-cı ildən Azərbaycan Texnologiya Universitetinin Tələbə Həmkarlar İttifaqının sədri vəzifəsini icra edir.