Mətləb Oqtay oğlu Əliyev 13.04.1972-ci ildə Gəncə şəhərində anadan olmuşdur. 1979-cuildə Gəncə şəhəri 18 saylı tam ortaməktəbin birinci sinfinə daxil olub, 1990-cı ildə həmin məktəbi əla qiymətlərlə bitirib.
1990-1995-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının Mühasibat uçotu nəzarət və təsərrüfat fəaliyyətinin təhlili / mühasibat uçotu və maliyyə üzrə iqtisadçı fakültəsini fərqlənmə diplomu ilə bitirib.
Həmçinin 2002 - 2010-cu illərdə Maliyyə Nazirliyinin Xəzinə Əməliyyatları fakültəsini, 2014-cü idə Maliyyə Nazirliyinin Məsləhətçi-Nəzərətçi Müfəttiş fakültəsini bitirib. 2015-ci ildə Azərbaycan Texnologiya Universitetinin Müəssisələrin təşkili və idarə olunması fakütəsinin Doktorant səviyyəsini qiyabi formada bitirmişdir.
2017-ciildə Azərbaycan Texnologiya Universitetində Daxiliaudit vəzifəsində fəaliyyətə başlayıb. 2021-ci ildən Keyfiyyətin Təminatı və Audit vəzifəsinə təyin edilib