Əlizadə İlham Hacıbaba oğlu

İnsan resursları şöbəsinin müdiri

(+994 22) 267 03 00

i.alizade@atu.edu.az

         Azərbaycan Texnologiya Universiteti insan resursları şöbəsinin müdiri Əlizadə İlham Hacıbaba oğlu 1958-ci ildə Gəncə şəhərində anadan olmuşdur.

         Gəncə Dövlət Universitetinin tarix, Bakı Dövlət Universitetinin hüquq fakültələrini bitirmişdir. Partiya, komsomol və həmkarlar ittifaqı təşkilatlarında, Gəncə Şəhər İcra Hakimiyyəti Başçısı Aparatının humanitar məsələlər  şöbəsində məsləhətçi, baş məsləhətçi, hüquq şöbəsinin müdiri, Kəpəz və Nizami rayon bələdiyyələrində hüquq şöbəsinin müdiri, şəhər icra hakimiyyəti başçısının birinci müavini, BP-Azərbaycan şirkətində məsul şəxs və dövlət hakimiyyət orqanları ilə əlaqələr üzrə  baş koordinator vəzifələrində işləmişdir.”Simurq Kompani”ATSC-də hüquq və insan resurslarının idarəedilməsi şöbəsinin müdiri olmuşdur.  Tarix üzrə fəlsəfə doktorudur.