Lalə Natiq qızı Həsənova

Hərbi səfərbərlik şöbəsinin müdiri

(+994 22) 268 08 82

l.hasanova@atu.edu.az

Lalə Natiq qızı Həsənova 13 fevral 1984- ildə  Naxçıvan şəhərində anadan olub. Orta təhsilini 1990/2000-ci illərdə Gəncə şəhərində yerləşən M.Müşfiq adına 14 saylı məktəbdə alıb. 2000-ci ildə Gəncə Humanitar Kollecinin ibtidai təhsilin metodikası ixtisasına qəbul olub. 2004- ildə Gəncə Dövlət Universitetinin təsviri incəsənət rəsmxətt ixtisasına qəbul olub. 2007-ci ildə Bakı Müəllimlər İnstitutunda psixologiya üzrə ixtisasartırma kursu keçib.

 

2008-ci ildə Gəncə şəhəri P.Hüseynov adına Futboltəmayüllü Gimnaziyada psixoloq vəzifəsində fəaliyyətə başlayıb. 2007-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür. 2011-ci ildən 38 saylı Gəncə birinci seçki dairəsinin 5 saylı məntəqəsinin üzvüdür. Çalışdığı müddətdə Gəncə şəhərinin  ictimai  siyasi həyatında fəal iştirak etdiyi üçün partiya şəhər rəhbərliyi tərəfindən müxtəlif illərdə təşəkkürnamə və fəxri fərmanlarla təltif olunub. 2016- ildə I Sosial Media Forumunun iştirakçısı olub sertifikat əldə edib.

 

2022-ci ildən Azərbaycan Texnologiya Universitetində bədii rəhbər vəzifəsində çalışıb. 2025-ci il mart ayının 3-dən Azərbaycan Texnologiya Universitetinin Hərbi səfərbərlik şöbəsinin müdiri vəzifəsinə təyin olunub.