Hacıyev Nofəl Firuddin oğlu

İnformasiya kommunikasiya texnologiyaları şöbəsinin müdiri

n.haciyev@atu.edu.az

Nofəl Firuddin oğlu Hacıyev 1 mart 1990-cı ildə Gəncə şəhərində  anadan olub.  2007-ci ildə Gəncə şəhər 5 nömrəli tam orta məktəbi əla qiymətlərlə bitirib.

2007-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin  gömrük ekspertizası  ixtisasının bakalavr pilləsinə, 2012-ci ildə isə  eyni ixtisasın magistr pilləsinə qəbul olub.

 Universiteti bitirdikdən sonra UBS şirkətinin Gəncə regionu üzrə  İT sahəsində aparıcı mütəxəssisi vəzifəsində çalışıb. İşlədiyi müddət ərzində yüzdən çox layihənin hazırlanması və icrası ilə məşğul olub. 2018-ci ildən Azərbaycan  Texnologiya Universitetinin İKT şöbəsində müdir müavini vəzifəsində çalışıb, 2019-cu ildən eyni şöbənin müdiri təyin edilib.