Elektron Xidmələrin Təşkili və İnformasiya Mərkəzinin direktoru
(+994 22) 268 08 81
Info@atu.edu.az
Elmir Saleh oğlu Cəfərov 08.03.1982-ci ildə Gəncə şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Universitetinin beynəlxalq münasibətlər ixtisasının məzunu, 2005-ci ildə Gəncə Dövlət Universitetinin (GDU) Azərbaycanın yeni və ən yeni tarixi ixtisasını bitirib. 2005–2008-ci illərdə GDU-da Vətən tarixi ixtisası üzrə aspirantura təhsili alıb, tarix üzrə fəlsəfə doktorudur. Elmlər doktoru proqramı üzrə 5312.01 “Sahə iqtisadiyyatı” ixtisasında dissertantura təhsili alır.
2008–2011-ci illərdə Təhsil Respublika İdman Mərkəzinin Gəncə filialında məsləhətçi vəzifəsində əmək fəaliyyətinə başlayıb. 2011-ci ildən Azərbaycan Texnologiya Universitetində baş müəllim, dosent və elmi işlər üzrə dekan müavini vəzifələrində çalışıb. Hazırda İdarəetmə kafedrasının dosentidir. 2026-cı il mart ayından Elmir Cəfərov Elektron Xidmətlərin Təşkili və İnformasiya Mərkəzinin direktoru vəzifəsinə təyin edilib.