Məmmədov Xudayar Bakir oğlu

Həmkarlar İttifaqı Komitəsinin sədri

(+994 22) 268 54 15

xudayar.mammadov@mail.ru

Xudayar Bakir oğlu Məmmədov 1981-ci ildə Gəncə şəhərində anadan olub. 1996-cı ildə Mirzə Şəfi Vazeh adına tam orta məktəbi əla qiymətlərlə bitirib.

1996-cı  ildə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının  biznesin idarə edilməsi  ixtisasına daxil olub və  bakalavr təhsil pilləsini fərqlənmə diplomu ilə bitirib. 2007-ci  ildə isə Azərbaycan Texnologiya Universitetinin biznesin idarə edilməsi ixtisasının magistr pilləsini fərqlənmə diplomu ilə bitirib. 2014-cü ildə  Azərbaycan Texnologiya Universitetində doktorantura təhsilinə başlayıb.

2015-ci ildən Azərbaycan Texnologiya Universitetinin Marketinq kafedrasında assistent vəzifəsində fəaliyyətə başlayıb, 2017-ci ildən  Menecment  kafedrasında baş müəllim vəzifəsində çalışır. 7 may 2017-ci il  tarixində  Həmkarlar İttifaqı Komitəsinin sədri vəzifəsinə təyin edilib.