Həsənov Şahmar Umud oğlu

Müşavir

(+994 22) 268 11 70

sh.hesenov@atu.edu.az

Şahmar Umud oğlu Həsənov 17 iyun 1981-ci ildə Gəncə şəhərində anadan olub.

2003-cü ildə Gəncə Dövlət Universitetinin Tarix fakültəsinin bakalavr pilləsini, 2005-ci ildə isə həmin fakültənin Magistratura pilləsini  Azərbaycanın yeni və ən yeni tarixi  ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. 2005-2006-cı illərdə Azərbaycan Silahlı Qüvvələrində hərbi xidmətdə olub. 2022-ci ildə AMEA-nın A.A.Bakıxanov adına Tarix institutunda “Şimali Azərbaycanda Rusiya kommersiya banklarının fəaliyyəti. XIX-XX əsrin əvvəlləri” mövzusunda tarix üzrə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. Ali Attestasiya Komissiyasının 01.09.2023- cü il tarixli qərarı ilə tarix üzrə fəlsəfə doktoru elmi dərəcəsi verilib.  1 dərs vəsaiti, 2 tədris proqramı və 41 elmi məqalənin müəllifidir. 2007-2012-ci illərdə Azərbaycan Texnologiya Universitetinin  İctimai elmlər və multikulturalizm  kafedrasında müəllim, 2012-ci ildən isə baş müəllim vəzifəsində çalışır. 2022-ci ilin sentyabr ayından Azərbaycan Texnologiya Universitetində Sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə müşavir vəzifəsini icra edir.

Ailəlidir.  İki övladı var.