Rövşən Rizvan oğlu Əliyev, 14 iyun 1965-ci ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini 1972-1982-ci illərdə Gəncə şəhərində yerləşən M.Ə.Sabir adına 5 saylı məktəbində alıb. Orta məktəbi bitirdikdən sonra 1982-ci ildə Azərbaycan Texnologiya İnstitutu(AzTİ) “Göndən olan məmulatların texnologiyası” ixtisasının qiyabi şöbəsinə qəbul olub. 1982-1983-cü illərdəXanlar rayonu “Göy-göl” kompleksində, Gəncə şəhər Xalça-mahud kombinatında və Nizami adına şərab zavodunda fəhlə işləmişdir. 1983-1985-ci illərdə Qazaxıstanın Semipalatinsk şəhərində N saylı hərbi hissədə müddətli həqiqi hərbi xidmətini yerinə yetirib. 1985-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra institutun əyani şöbəsinə bərpa olunmuş, 1990-cı ildə həmin institutu fərqlənmə diplomu ilə bitirmişdir. 1990-cı il dekabrın 1-də AzTİ-nin «Ayaqqabı istehsalı texnologiyası və materialşünaslıq» (AİT və M) kafedrasına laborant, 1992-ci ildə assistent, 1997-ci ildə baş müəllim, 1998-ci ildə isə dosent vəzifələrinə seçilmişdir. 1991-ci ildə Kiyev Yüngül Sənaye Texnologiya İnstitutuna dissertant kimi qəbul olunmuş, 1993-cü il aprelin 7-də “Qapalı tsikldə yüksək effektli ayaqqabı istehsalı prosesinin yaradılması” adlı namizədlik dissertasiyasını həmin institutda müdafiə edərək Ukrayna Ali Attestasiya Komissiyasının qərarına əsasən texnika elmləri namizədi elmi dərəcəsialıb.14.04.–26.12.1994-cü ildə AzTİ-nin aspirantura şöbəsinin müdiri vəzifəsinə təyin edilib.01.12.1994-cü il tarixdən 20.12.1995-ci ilədək Gəncə şəhər Xalq Deputatları Məclisində Azərbaycan Respublikası Xalq Deputatının köməkçisi və daha sonra təşkilat şöbəsinin təlimatçısı vəzifələrində çalışmışdır.04.10.1999-cu il tarixdə AzTİ-nin “Çoxişlənən malların texnologiyası və materialşünaslıq” kafedrasının müdiri seçilmiş, 09.09.2002-ci ildə kafedra ləğv olunduğuna görə həmin vəzifədən azad edilmişdir.
2000-ci ildən 2002-ci ilədək Gürcüstan Dövlət Universitetinin “Sənaye istehsalının idarəedilməsi” kafedrasının doktorantı olmuşdur. Doktorluq dissertasiyasının adı: “Bazar iqtisadiyyatına keçid şəraitində səmərəli sənaye siyasətinin yaradılması” olmuşdur.
Azərbaycan Respublikası Ali Attestasiya Komissiyasının 16.01.2001-ci il qərarı ilə ona “dosent” elmi adı verilmişdir.
09.09.2002-ci il tarixdən 06.08.2015-ci il tarixədək Azərbaycan Texnologiya Universitetinin “İnzibati idarəetmə” kafedrasının dosenti olmuşdur. 24.05.2013-cü ildən 01.09.2014-cü il tarixədək Azərbaycan Texnologiya Universitetinin “Tədris şöbəsi”nin müdiri, 01.09.2014-cü ildən 06.08.2015-ci il tarixədək Azərbaycan Texnologiya Universitetinin “Tədris işləri üzrə prorektoru” vəzifələrində çalışmışdır.
17-28 noyabr 2014-cü il tarixində Azərbaycan Respublikası Təhsil Nazirliyinin xəttilə Türkiyə Respublikasında Türkiyə və Orta Şərq İnzibati İdarəetmə İnstitutu tərəfindən “Tədrisin yüksək idarə edilməsi” seminarında iştirak etmiş və sertifikat almışdır.
10.09.2015-ci il tarixdən 26.04.2024-cü il tarixədək Mingəçevir Dövlət Universitetinin “Tərbiyə işləri üzrə prorektoru” vəzifəsindəçalışmış, paralel olaraq həmin universitetin “Sənayenin təşkili və idarəetmə” kafedrasının dosenti kimi fəaliyyətini davam etdirmişdir.
02.05.2024-cü ildən bu günədək Azərbaycan Texnologiya Universitetində Universitet-sənaye əlaqələri üzrə rektor müşaviri vəzifəsində çalışmaqla paralel olaraq akademik fəaliyyətini həmin universitetin 0,5 ştat vahidi ilə “Turizm sənayesinin təşkili” kafedrasında davam etdirir.
2000-ci ilin may ayından Yeni Azərbaycan Partiyasının üzvüdür.
1 dərs vəsaiti, 1 monoqrafiya, 135 elmi əsər və metodiki vəsaitlərin müəllifidir.