Sevda Oktay qızı Qurbanova 1 aprel 1973-cü ildə Xanlar rayonunun Zazalı kəndində ziyalı ailəsində anadan olub. 1980-ci ildə Gəncə şəhəri 14 saylı orta məktəbin 1-ci sinfinə daxil olub. 1990-cı ildə həmin məktəbin 11-ci sinfini qızıl medalla bitirib. Həmin il H.Zərdabi adına GDPİ-nin Biologiya və məktəbəqədər fakültəsinin biologiya və kimya ixtisasına qəbul olub. 1995-ci ildə həmin ixtisası fərqlənmə diplomu ilə bitirib. 1996-cı ildən Azərbaycan Texnologiya Universitetinin Biokimya kafedrasında laborant vəzifəsinə qəbul olub. 2002-ci ildən İnzibati idarəetmə kafedrasında baş laborant vəzifəsində işləyib. 2013-cü ildə 3309.01 - Qida məhsullarının texnologiyası ixtisasında fəlsəfə doktoru üzrə doktoranturaya qəbul olub. 2014-cü ildən İnzibati idarəetmə kafedrasında assistent vəzifəsində çalışıb. 2018-ci ildə biologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2022-ci ildən Azərbaycan Texnologiya Universitetində Elmi katib vəzifəsində çalışır.