Maşın mühəndisliyi və logistika kafedrası
Kafedranın yaranma tarixi
Çingiz İldırım adına Azərbaycan Politexnik İntitunun Gəncə filialında 1970-cü ildə “Maşın hissələri” kafedrası adı altında fəaliyyət göstərib. 1981- ci ildə filialın bazası əsasında Azərbaycan Texnologiya İnstitutu yaranandan sonra kafedra iki müstəqil “Maşın hissələri və maşın mexanizmlər nəzəriyyəsi” kafedrası kimi fəaliyyətini davam etdirmişdir.Sonralar kafedranın adı dəyişdirilərək “ Maşın mühəndisliyi və nəqliyyatda daşımaların təşkili” kafedrası adlandırılmışdır. 2016 – cı ildə kafedranın adı
Elmi-tədqiqat işləri
2021-2023 сü illər üçün “ Maşın mühəndisliyi və logistika” kafedrasının elmi – tədqiqat işlərinin mövzusu
Mövzu:Azərbaycan Respublikasında logistikanın inkişaf perspektivləri
2021 –ci il
Azərbaycan Respublikasında nəqliyyat logistik xidmət bazarının inkişafının müasir vəziyyəti və perspektivləri
2022 – ci il
Nəqliyyat logistik xidmətlərin Beynəlxalq nəqliyyat məkana inteqrasiya olunması aspektləri
2023 –cü il
Azərbaycanda logistik autsorinqin inkişafının aktual məsələləri
Ali təhsilin bakalavr səviyyəsi üzrə
Kafedrada 2 ixtisas üzrə mütəxəssis hazırlığı aparılır.
1.Nəqliyyat mühəndisliyi
2.Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
Ali təhsilin magistr səviyyəsi üzrə
2.Daşımaların təşkili və menecment
3.Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi
Kafedranın professor –müəllim heyəti 26 nəfər, texniki heyət 4 nəfərdir.
Professor –müəllim heyətinin 1 nəfər professor əvəzi, 8 nəfəri dosent, 4 nəfər dosent əvəzi, 9 nəfəri baş müəllim, 4 nəfəri isə müəllimdir.
Ali təhsilin bakalavr səviyyəsi üzrə:
Ali təhsilin magistr səviyyəsi üzrə:
Göstərilən fənlərin proqramları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunub və çap edilmişdir.
Kafedrada tədrisi nəzərdə tutulmuş fənlər üzrə və bu fənlərin tədrisinin kredit sisteminin tələblərinə uyğun aparılması üçün illik iş planı,fənlər üzrə təsdiq edilmiş fənn proqramları, sillabusları, fənlər üzrə müəllimlərin tədris iş planları (forma 3 və 6), müəllimləri açıq dərslərinin qrafiki, müəllimlərin məsləhət saatlarının qrafiki və aparılacaq elmi seminarların qrafiki tərtib edilmiş və təsdiqlənmişdir.
Kafedrada professor- müəllim heyətinin tədris ilində mühazirə mətnlərinin elektron variantları vardır, onlar universitetin kitabxanasına təhvil verilmiş və onlara mütəmadi nəzarət olunur.
İmtahanlara bir ay qalmış test sualları və imtahan biletləri tərtib edilir və kafedra iclasında təsdiq olunur.
Kafedranın əməkdaşları şəhərin və universitetin ictimai işlərində fəal iştirak edirlər, o cümlədən Universitetdə keçirilən ictimai – siyasi tədbirlərdə təşkilatçılıq edirlər.
Kafedranın əməkdaşları Yeni Azərbaycan Partiyasının üzvüdür.Onların keçirdiyi bütün tədbirlərdə fəal iştirak edirlər.
Professor-müəllim heyəti
Əliyev Şakir Hüseynqulu oğlu
Kafedra müdiri, dosent
Vəliyev Fərhad Ədil oğlu
Dosent
Əliyev Surxay Hüseynqulu oğlu
Dosent
Hacıyev Tofiq Məmməd oğlu
Dosent
Orucov Fəxrəddin Orucqulu
Dosent
Əsgərov Namik Rza oğlu
Dosent
Verdiyev Bəhram Zülfi oğlu
Dosent
Quliyev Şahin Məmməd oğlu
Dosent
Hüseynzadə Həcər Siyavuş qızı
Dosent əvəzi
Şükürov Rizvan Eyvaz oğlu
Dosent əvəzi
Məmmədova Qalibə Rza qızı
Dosent əvəzi
Rzayeva Rəsmiyyə Aslan qızı
Dosent əvəzi
Əsgərova Afət Abbas qızı
Baş müəllim
Orucov Arif Əli oğlu
Baş müəllim
Nəsibov Leysan Bəhlul oğlu
Baş müəllim
Yusif Mustafa oğlu Hümbətov
Baş müəllim
Vəliyev Natiq Qulam oğlu
Baş müəllim
Qədimov İlham Oqtay oğlu
Baş müəllim
Həsənova Könül Rasim qızı
Baş müəllim
Babayeva Elmira Natiq qızı
Baş müəllim
Quliyev Sədir Saday
Baş müəllim
Cəfərova Aygün Vahid qızı
Assistent
Rəhimova Fəridə Ceyhun qızı
Assistent
Məmmədova Xəyalə Mürsəl
Assistent