Avtomatika və informasiya texnologiyalari kafedrası

Rövşən Fazil oğlu Qasımov

Qasımov Rövşən Fazil oğlu

Avtomatika, telekommunikasiya və informatika kafedrası müdiri

(+994 22) 268 63 02

r.gasimov@atu.edu.az

  1. AVTOMATİKA VƏ İNFORMASİYA TEXNOLOGİYALARI

     KAFEDRASI


    1. KAFEDRANIN TARİXİ

    Kafedra 1970-ci ildən 1975 illədək Fizika və elektrotexniki fənlər kafedrasının tərkibində fəaliyyət göstərmişdir. 1975-ci ildən həmin kafedradan üç kafedra yaranmışdır. Onlardan biri 1975-2004-ci illərdə fəaliyyət göstərən “Avtomatika və hesablama texnikası” kafedrası olmuşdur. 2004-cü ildən kafedra yeni tərkiblə və yeni adla “Avtomatika və idarəetmə” kafedrası kimi fəaliyyət göstərir. Kafedrada azərbaycan və rus bölmələrində texniki sistemlərdə idarəetmə və informatika, texnoloji proseslərin və istehsalın avtomatlaşdırılması, informasiya texnologiyaları və informasiya təhlükəsizliyi üzrə mütəxəssislər hazırlanır. 

    Fəaliyyəti ərzində müxtəlif vaxtlarda kafedraya bir neçə professor və dosentlər: Dosent Abbasov Yaqub Hüseyn oğlu (1975-1980), dos. Atayev Ramiz Eyyub oğlu (1980-1985), dos. Quliyev Hamlet Bilal oğlu (1985-1990), dos.Əsədov Adil Mehdi oğlu (1990-2000), dos. Hüseynov Nazim İsfəndiyar oğlu (2000-2005), dos. Rzayeva Nurlana Rza qızı (2005-2006), dos. Kazımov Mirzə Saleh oğlu (2006-2007), prof. Bağırov Bayram Məhəmməd oğlu (2007-2009), dosent Kazımov Mirzə Saleh oğlu (2009-2013) rəhbərlik etmişlər.

    2013-cü il fevral ayından kafedraya texnika elmləri namizədi, dosent Hacıyev Rövşən Mustafa oğlu rəhbərlik etmişdir. Kafedra Azərbaycan MEA-nın Elmi İnovasiya İnstitutu, Azərbaycan Dövlət Aqrar Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Neft Akademiyası və respublikanın digər universitetlərinin avtomatika və idarəetmə kafedraları, o cümlədən Rusiya Fedarativ Respublikası, Gürcüstan universitetləri ilə sıx əməkdaşlıq edir. Qlobal internet şəbəkəsinin və İKT köməyi ilə avtomatikanın müxtəlif sahələrinə aid Avropa standartlarına cavab verən yeni tədris vəsaitlərinin, proqram və metodiki göstərişlərin işlənməsi, tədris prosesində onlardan aktiv istifadə olunması sahəsində işlər aparılır. 

    Kafedra özünün kitabxanasını yaratmışdır. Bura mühazirə mətnləri, proqramlar, metodiki göstərişlər, dərslik və dərs vəsaitləri, avtomatika, avtomatik idarəetmə sistemlərinə və texnikanın müxtəlif bölmələrinə aid kitablar toplanır. Kafedrada mütəmadi olaraq elmi seminarlar, açıq dərslər keçirilir. Elmi-tədqiqat işinin nəticələri müzakirə olunur. Kafedra əməkdaşları tərəfindən elmi-metodiki tövsiyələr, kitablar nəşr edilir, elmi jurnallarda, elmi-praktiki konfranslarda avtomatika və istehsalat proseslərinin avtomatik idarə edilməsi, informasiya texnologiyaları və təhlükəsizliyi sahəsində maraqlı çıxışlar edilir.

    2017-ci ildə “Avtomatika və informasiya texnologiyaları” kafedrası yaradılmış və həmin ildən kafedraya dos. Hacıyev Rövşən Mustafa oğlu müdir vəzifəsinə seçilmişdir.

    2022-2023-cü illərdə “Avtomatika və informasiya texnologiyaları” kafedrasına dos. İsmayılov Qabil Məcid oğlu rəhbərlik etmişdir.

    2023-cü ildən kafedra müdiri vəzifəsini dos. Rövşən Fazil oğlu Qasımov icra edir. 

    Hal-hazırda kafedranın professor-müəllim heyətinin sayı 18 nəfər, texniki heyət 1 nəfərdir. Professor-müəllim heyətinin 1 nəfəri professor, 2 nəfəri dosent, 10 nəfəri baş müəllim, 5 nəfəri isə assistent vəzifəsində çalışır.

    Kafedrada 1 elmlər doktorluğu və 1 fəlsəfə doktorluğu işi yerinə yetirilir, 3 doktorant, 2 dissertant və 7 magistrant elmi-tədqiqat işi ilə məşğul olurlar.

     

    1. İXTİSASLAR

    Ali təhsilin bakalavriat səviyyəsində kafedra aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı həyata keçirir:

    • 050615 – “İnformasiya təhlükəsizliyi”;
    • 050616 – “İnformasiya texnologiyaları”;
    • 050634 – “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”.

    Ali təhsilin magistratura səviyyəsində kafedra aşağıdakı ixtisaslar üzrə kadr hazırlığı həyata keçirir:

    • 060628 – “Proseslərin avtomatlaşdırılması mühəndisliyi”; ixtisaslaşma: “Texniki sistemlərdə informatika və idarəetmə”;
    • 060632 – “İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi”; ixtisaslaşma: “İnformasiya texnologiyaları və telekommunikasiya sistemləri”.
    1. KAFEDRADA TƏDRİS OLUNAN FƏNLƏR

    “Avtomatika və informasiya texnologiyaları” kafedrasında 2024/2025-ci tədris ilində ali təhsilin bakalavr səviyyəsində tədris olunan fənlər

    1. Analoq elektronika
    2. Avtomatik idarəetmə nəzəriyyəsi
    3. Avtomatlaşdırma texnologiyası
    4. Avtomatlaşdırmanın əsasları
    5. Blokçeyn texnologiyaları
    6. Bulud texnologiyaları
    7. Bulud təhlükəsizliyi
    8. Data mədənçiliyi
    9. Diskret riyaziyyat
    10. Dövrələr nəzəriyyəsi
    11. Dövrələr nəzəriyyəsi-1
    12. Dövrələr nəzəriyyəsi-2
    13. Elektrik dövrələri nəzəriyyəsi-1
    14. Elektrik dövrələri nəzəriyyəsi-2
    15. Elektrik dövrələrinin əsasları
    16. Elektronikanın əsasları
    17. Əməliyyat sistemləri
    18. Formal dillər və avtomatlar nəzəriyyəsi
    19. Güc elektronikası və intiqalın idarəedilməsi
    20. Hesablama təcrübələri
    21. İdarəetmə nəzəriyyəsi
    22. İdarəetmə sistemlərinin əməliyyat tədqiqi (digər kaf.)
    23. İKT-baza kompüter bilikləri
    24. İnformasiya kommunikasiya texnologiyaları
    25. İnformasiya texnologiyaları
    26. İnformasiya texnologiyaları (ixtisas üzrə)
    27. İnformasiya texnologiyaları və sistemlərində informasiya təminatı
    28. İnformasiya texnologiyalarında modelləşdirmə
    29. İnformasiya texnologiyalarının əsasları
    30. İnformasiya təhlükəsizliyində kodlama və şifrələmə
    31. İnformasiya təhlükəsizliyinin əsasları
    32. İnsan - kompüter interfeysi
    33. İntellektual sistemlər
    34. Kibertəhlükəsizliyin əsasları
    35. Kommunikasiya və Bussistemin əsasları
    36. Kompüter arxitekturası
    37. Kompüter sistemlərində əməliyyatların tədqiqi
    38. Kompüter şəbəkələri
    39. Kompüter şəbəkələri və şinləri
    40. Kompüter şəbəkələrində informasiya təhlükəsizliyi
    41. Kompüterdə modelləşdirmə
    42. Korporativ informasiya sistemləri
    43. Qraflar nəzəriyyəsi
    44. Maşın öyrənməsi
    45. Mikroprosessorlar və proqramlaşdırılan inteqral mikrosxemlər
    46. Mikroprosessorlu sistemlər 
    47. Multimediya texnologiyaları
    48. Obyektlərin modelləşdirilməsi
    49. Ölçmə texnikasının əsasları
    50. Paralel və paylanmış hesablamalar
    51. Proqramlaşdırılan məntiqi kontrollerlər (PLC)
    52. Proseslərin analizi və identifikasiyası
    53. Rəqəmli idarəetmə
    54. Rəqəmsal elektronika
    55. Rəqəmsal elektronika və mikroprosessorlar
    56. Rəqəmsal sistemlər
    57. Sensor sistemlər
    58. Sənaye avtomatlaşdırılması
    59. Sxemotexnikanın əsasları
    60. Siqnalların analoq və rəqəmli emalı
    61. Sistem analizi və simulyasiya
    62. Sistem proqramlaşdırma
    63. Sistem proqramlaşdırması
    64. Sosial mühəndislik
    65. Süni intellekt
    66. Şəbəkələrin əsasları
    67. Veb sistemləri və  texnologiyaları
    68. Veb təhlükəsizlik
    69. Verilənlər bazalarının təhlükəsizliyi 
    70. Verilənlər bazası sistemləri

    “Avtomatika və informasiya texnologiyaları” kafedrasında 2024/2025-ci tədris ilində ali təhsilin magistratura səviyyəsində tədris olunan fənlər

    1. Elmi tədqiqat işinin əsasları
    2. İdarəetmə sistemində müasir element və qurğular
    3. İnfokommunikasiya sistemləri
    4. İnformasiya axtarış sistemləri
    5. İnformasiya texnologiyaları və sistemlərinin müasir problemləri
    6. İnformasiya texnologiyaları və sistemlərinin tarixi və metodologiyası
    7. İnstrumental proqram vasitələri
    8. Kriptoqrafiya və şəbəkə təhlükəsizliyi
    9. Kütləvi xidmət nəzəriyyəsi
    10. Müasir idarəetmə üsulları
    11. Müasir kompüter texnologiyaları
    12. Müasir telekommunikasiya texnologiyaları
    13. Optimal və adoptiv idarəetmə
    14. Paylanmış idarəetmə sistemləri
    15. Proseslərin avtomatlaşdırılması mühəndisliyinin  tarixi və metodologiyası
    16. Proseslərin avtomatlaşdırılması mühəndisliyinin müasir problemləri
    17. Proseslərin avtomatlaşdırılması üzrə tədqiqat işinin üsul və vasitələri
    18. Sistem mühəndisliyi
    19. Sistemlər nəzəriyyəsi
    20. Şəbəkə əməliyyat sistemlərinin tədqiqat üsulları
    21. Şəbəkələrin əməliyyat sistemləri və proqram təminatı
    22. Telekommunikasiya sistemlərinin modelləşdirilməsi
    23. Telekommunikasiya şəbəkələrinin idarəetmə sistemləri
    24. TK sistemlərində informasiyanın paylanması üsulları
    25. Verilənlər və biliklərin idarəolunması
    26. Yüksək səviyyəli verilənlər bazası

    Kafedrada tədris olunan fənlərin proqramları Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi tərəfindən təsdiq olunub və çap edilmişdir.

    Kafedrada tədrisi nəzərdə tutulmuş fənlər üzrə və bu fənlərin tədrisinin kredit sisteminin tələblərinə uyğun aparılması üçün illik iş planı, fənlər üzrə təsdiq edilmiş fənn proqramları, sillabusları, fənlər üzrə müəllimlərin tədris iş planları (forma 3, 3A və 6), müəllimlərin açıq dərslərinin qrafiki, müəllimlərin məsləhət saatlarının qrafiki və aparılacaq elmi seminarların qrafiki tərtib edilmiş və təsdiqlənmişdir.

    Kafedrada professor-müəllim heyətinin tədris ilində mühazirə mətnlərinin elektron variantları vardır, onlar universitetin  kitabxanasına təhvil verilmiş və onlara mütəmadi nəzarət olunur.

    İmtahanlara bir ay qalmış imtahan testləri və imtahan biletləri tərtib edilir və kafedra iclasında təsdiq olunur.


    1. TƏDRİS-METODİKİ TƏMİNAT

    “Avtomatika və informasiya texnologiyaları” kafedrası üzrə son 5 ildə nəşr olunmuş elmi işlər

    Çap olunmuş elmi-metodik əsərlərinin sayı

    2019 - 2024

    Dərslik

    -

    Dərs vəsaiti/monoqrafiya

    12

    Fənn proqramı

    116

    Metodiki göstərişlər

    3

    Məqalə (Azərbaycanda)

    102

    Məqalə (xaricdə)

    25

    Tezislər

    89

Professor-müəllim heyəti

Qasımov Rövşən Fazil oğlu

Kafedra müdiri


Bağırov Bayram Məhəmməd oğlu

Professor


Rəhimov Məmməd İbrahim oğlu

Baş müəllim


Məmmədova Arzu Natiq qızı

Baş müəllim


Hüseynov Cuma Mahmud oğlu

Baş müəllim


Abbasova Pərvin Əli qızı

Baş müəllim


Məmmədova Ayidə Məhəmmədiyə qızı

Baş müəllim


İsrəfilova Limon Abbas qızı

Baş müəllim


Quliyeva Rasimə Firəddin qızı

Baş müəllim


Vəliyev Ramil Nazim oğlu

Baş müəllim


Hümbətov İsfəndiyar Hüseyn oğlu

Baş müəllim


Məlikov Əli Aydın oğlu

Baş müəllim


Ələkbərova Tamara Şakir qızı

Assistent


Babayeva Şəhla Rüfət qızı

Assistent