1980-ci ildə Gəncə şəhərindəanadan olub. Orta təhsilini 1986/1995-ci illərdə Gəncə şəhəri 6 saylı orta məktəbdə alıb. Məktəbi bitirdikdən sonra Gəncə Texniki kollecinə daxil olub. 1999-cu ildə kolleci bitirərək Azərbaycan Kənd Təsərrüfatı Akademiyasının (İndiki Azərbaycan Dövlət Aqrar Universiteti – ADAU) aqrar istehsalın texnologiyasına qəbul olub, 2003-cü ildə bakalavr pilləsini, 2005-ci ildə isə həmin ixtisasın magistratura səviyyəsini fərqlənmə diplomu ilə bitirib. 2005/2008-ci illərdə ADAU-nun qida məhsullarının texnologiyası ixtisasında əyani aspirantura təhsili alıb və dissertasiya işini müvəffəqiyyətlə müdafiə edərək texnika üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb. Hazırda ADAU-nun Qida məhsulları mühəndisliyi və ekspertiza kafedrasında elmlər doktorluğu proqramı üzrə “Azərbaycanda tünd alkoqollu içkilərin mütərəqqi texnologiyasının işlənməsi və elmi əsaslandırılması” mövzusunda dissertasiya işini yerinə yetirir.
Əmək fəaliyyətinə 2004-cü ildə Azərbaycan Elmi-Tədqiqat (ET) Aqromexanika İnstitutunda baş laborant olaraq başlayıb, 2009/2010-cu illərdə ET Üzümçülük və Şərabçılıq İnstitutunun Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyasında elmi işçi, 2013/2017-ci illərdə ADAU-nun Qida məhsullarının mühəndisliyi və ekspertizakafedrasında baş müəllim, dosent əvəzi, dosent vəzifələrində çalışıb. 2020-ci ildən Azərbaycan Texnologiya Universitetində Qida mühəndisliyi və ekspertizakafedrasında əvəzçilik əsasında dosent kimi fəaliyyətə başlayıb. 2010/2021-ci illərdə ET Üzümçülük və Şərabçılıq İnstitutunun Gəncə Üzümçülük və Şərabçılıq Təcrübə Stansiyasının direktoru, 2021-ci ildən ADAU-nun Qida məhsullarının mühəndisliyi və ekspertizasıkafedrasında dosent vəzifəsində çalışır.
44 elmi əsərin, o cümlədən 6-sı xaricdə olmaqla, 1 dərs vəsaiti, 1 tövsiyənin, 12 dərs proqramının və 4 patentin müəllifidir.
Beynəlxalq səviyyəli “Caspian Agro” və “Təhsil və karyera” sərgilərində öz elmi yeniliyi və yarımsənaye qurğusu ilə uğurla iştirak edib. Gəncə şəhərində keçirilən I, II, III və IV Beynəlxalq Şərab Festivallarında təşkilat komitəsinin, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Üzümçülük və Şərabçılığın İnkişafı forumunun təşkilatçısı və beynəlxalq dequstatorlar qrupunun üzvü kimi tədbirlərin keçirilməsi və təşkilində yaxından iştirak edib, diplomla təltif olunub. Bundan başqa Gürcüstanın Tbilisi şəhərində keçirilən “Winexpo Georgia 2019” Beynəlxalq şərab və spirtli içkilər sərgisində Azərbaycanın nümayəndə heyətinin üzvü kimi iştirak edib.
2002-ci ildən Yeni Azərbaycan Partiyasının üzvü kimi ictimai işlərdə fəal iştirak edir.