Humanitar elmlər və multikulturalizm kafedrasının müdiri
(+994 22) 268 65 43
f.yusifov@atu.edu.az
Yusifov Fuad Yusif oğlu 1983-cü ildə M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin “Fəlsəfə” fakültəsini fərqlənmə diplomu ilə bitirmişdir. 1983-cü ildə Azərbaycan Texnologiya Universitetində kabinə müdiri kimi əmək fəaliyyətinə başlamışdır. 1986-cı ildə müəllim,1991-ci ildə baş müəllim, 1998-ci ildə dosent vəzifəsində çalışmışdır. 2002-2013-cü illərdə kafedra müdirinin müavini, 2013-2015-ci illərdə Elm və texnika üzrə prorektor, 2015-ci ilin noyabr ayından hal-hazıra kimi İctimai elmlər və multikulturalizm kafedrasının müdiri vəzifəsində çalışır. 1997-ci ildə “Kənd zəhmətkeşlərinin sosial-siyasi fəallığına dair məsələsi”mövzusundadissertasiya işini müdafiə etmiş və ona fəlsəfə üzrə fəlsəfə doktoru elmi dərəcəsiverilmişdir. 1986-cı ildən fəlsəfə fənnini tədris edir.
İddiaçı 40-dan çox elmi əsərlərin müəllifidir.
Hal – hazırda dos. Fuad Yusif oğlu Yusifov“ Humanitar elmlər və multikulturalizm ” kafedrasının müdiri vəzifəsində işləyir.