Aysel Alim qızı Məmmədli

Xarici dillər kafedrasının müdiri

(+994 22) 268 07 17

xaricidillerkafedrasi@atu.edu.az

Aysel Alim qızı Məmmədli 8 noyabr 1983-cü ildə Gəncə şəhərində anadan olub. Orta təhsilini 1990-2000-ci illərdə Gəncə şəhəri M.Ə.Sabir adına 5 saylı orta məktəbdə alıb. Orta məktəbi bitirdikdən sonra 2000-ci ildə Gəncə Dövlət Universitetinin bakalavr səviyyəsinin filologiya (ingilis dili müəllimi) ixtisasına qəbul olub. 2004-cü ildə həmin təhsil müəssisəsində ali təhsilini müvəfəqiyyətlə bitirib. 2004-2006-cı illərdə isə Gəncə Dövlət Universitetinin magistr səviyyəsinin filologiya (ingilis dili müəllimi) ixtisasında təhsil almışdır.  2005-2008-ci illərdə Gəncə Musiqi  Kollecində,  2005-2012-ci illərdə  Gəncə Dövlət Humanitar Kollecində, 2013-cü ildən hal-hazıradək Azərbaycan Texnologiya Universitetində ingilis dili müəllimi (baş müəllim), həmçinin 2021-ci ildən hal-hazıradək Azərbaycan Texnologiya Universitetində Tələbə Elmi Cəmiyyətinin sədri vəzifəsində işləyir. 2025-ci ildən Azərbaycan Texnologiya Universitetinin  “Xarici dillər” kafedrasının müdiri vəzifəsini müvəqqəti icra edir. 
20-dək elmi əsərin (2 məqalə, tezis və konfrans materialları) və tədris-metodiki işin (1 dərs vəsaiti, 7 metodik göstəriş)  müəllifidir. 
YAP-ın üzvüdür.