Hafiz Yusif oğlu Əsgərov

Qida mühəndisliyi

Dekan müavini

(+994 22) 268 08 42 salam

h.esgerov@atu.edu.az

Əsgərov Hafiz Yusif oğlu 20.06.1975-ci ildə Kəlbəcər rayon Mişni kəndində anadan olmuşdur. 1982-ci ildə Kəlbəcər rayon Çaykənd kənd orta məktəbinin 1-ci sinfinə daxil olmuş, 1992-ci ildə həmin məktəbi bitirmiş və Azərbaycan Texnologiya İnstitutunun hazırlıq şöbəsinə qəbul olmuşdur. 1993-cü ildə Azərbaycan Texnologiya İnstitunun “Süd və süd məhsullarının texnologiyası” ixtisası üzrə I kurs əyani şöbəyə qəbul olmuşdur. 1997-ci ildə həmin ixtisas üzrə bakalavr dərəcəsi almış, həmin ildə də magistr təhsil pilləsinə qəbul olmuş, 1999-cu ildə fərqlənmə diplomu ilə magistr dərəcəsi almışdır.

1999-cu ildə Azərbaycan Texnologiya İnstitutunun “İaşə, ət və süd məhsullarının texnologiyası” kafedrasında laboratoriya müdiri vəzifəsinə işə qəbul olmuşdur.

2005-2009-cu illərdə Universitet Tələbə-Gənclər Təşkilatının Sədri vəzifəsində işləmişdir.

2009-cu ildə İaşə məhsullarının texnologiyası və turizm kafedrasında assistent, 2012-ci ildən “QMT və T” fakültəsində tərbiyə işləri üzrə dekan müavini, 2014-ci ildən 2020-ci ilədək tədris işləri üzrə dekan müavini vəzifəsində çalışmışdır. 2018-ci ildən hal-hazıradək “QM və E” kafedrasında baş müəllim, 2022-2024-ci illərdə “QM” fakültəsində Elmi işlər üzrə dekan müavini, 2024-cü ildən hal-hazıra qədər dekan müavini vəzifəsində işləyir.

2005-ci ildən hal-hazıradək 39 saylı DSK-nin 14 saylı MSK-nın sədridir. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.

2021-ci ildən – 2022-ci ilədək Qərb Region MMC-də direktor vəzifəsində işləmişdir.

Ailəlidir, 2 övladı var.