Mirzəyev Tofiq Hacı oğlu

Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasının müdiri

(+994 22) 267 02 97 salam

t.mirzeyev@atu.edu.az

         Tofiq Hacı oğlu Mirzəyev 25 may 1958 ci ildə Gəncə şəhərində, fəhlə ailəsində anadan olmuşdur. Orta təhsilini 1965-1968 illərdə Gəncə şəhəri 20 saylı, 1969-1975 -ci illərdə Gəncə şəhəri 42 saylı orta məktəbdə almışdır. 1976-cı iildə Çingiz İldırım adına Azərbaycan Politexnik İnstitutunun Gəngə filialının “Tikiş məmulatlarının konstruksiya edilməsi və texnologiyası” ixtisasına daxil olmuşdur. 1977-1979 -cu illətdə Moskva vilayətinin Serpuxov şəhərinin Pratfino qəsəbəsinin N saylı  hərbi hissəsində müddətli hərbi xidmətini yerinə yetirmişdir. Hərbi qulluq dövründə nümunəvi qulluğuna görə köhnə SSRİ -nin “Dövlət təltifi”ni  almışdır. 1984 -cü ildə Azərbaycan texnologiya universitetinin yuxarıda adı keçən ixtisasını bitirmişdir.

         İxtisası üzrə Gəncə şəhəri “Məhsəti Gəncəvi adına Tikiş İstehsalat Birliyində” cilingərlikdən başlamış 2 saylı filialın direktoru vəzifələrinə kimi yüksəlmişdir. Yaxşı işinə görə nazirliyin müxtəlif təltiflərinə layiq görülmüşdür. 1985-ci ildə  Azərbaycan Texnologiya Universitetində  assistent vəzifəsində, 1989-cu ildə baş müəllim, 1994-cü ildə dossent seçkili vəzifələrində işləmişdir. 2000-ci ildən 2007-ci ilə kimi ATU-nun “Çoxişlənən malların texnologiyası və Dizayn” kafedrasının müdiri seçkili vəzifəsində çalışmışdır. Sonrakı illərdə tədris şöbəsinin nəznində “Qeydiyyat-nəzarət” bölməsinə rəhbərlik etmişdir. 2018 -ci ildən hal-hazıra kimi universitetin “Yüngül sənaye mühəndisliyi və dizayn” kafedrasının müdiri vəzifəsində çalışır.

         1989-cu ildə Ukrayna Respublikasının “Ukrayna Dövlət Yüngül Sənaye Akademiyası”nda məqsədli aspiranturaya daxil olmuş, 1993-cü ildə dissertasiya müdafiə edərək “texnika elmləri namizədi” elmi dərəcəsi almışdır.

         Dosent T.H.Mirzəyevin elmi fəaliyyəti geniş coğrafiyanı əhatə edir. Hazırda 210-dən çox elmi əsərin, o cümlədən üç dərs və on səkkiz metodiki vəsaitin, elmi məqalələrin (beynəlxalq indeksli jurnallarda məqalə, tezis və konfrans materialları daxil olmaqla)  müəllifidir. “Modelçi-Dizayner” kimi də fəaliyyəti vardır. Belə ki, kütləvi istehsal edilmiş 21 geyim modelinin müəllifidir. Dəfələrlə universitet rəhbərliyinin təşəkkürnamələri, pul mükafatları ilə təltif edilmişdir. 2020-ci ildə ATU-nun 50 illik yubileyi ilə əlaqədar Azərbaycan Respublikası Təhsil Nazirinin təltifinə layiq görülmüşdür.

         Ailəlidir, üç övlad atasıdır. 2000-ci ildən Yeni Azərbaycan Partiyasının üzvüdür.