Əmiraslanova Niyar İsmayıl qızı

Kimya və metallurgiya mühəndisliyi kafedrasının müdiri

(+994 22) 268 02 21

n_amiraslanova@atu.edu.az

     Əmiraslanova Niyar İsmayıl qızı - 1960 –cı il  yanvar ayının 20-də Goranboy rayonunun Gurzalılar kəndində anadan olmuşdur.

     1977-cü  ildə  Gəncə (Kirovabad) şəhər 43 saylı orta məktəbi bitirmişdir. 1977-ci ildə Ç.İldırım adına Azərbaycan Politexniki İnsititunun Kirovabad ( indiki Gəncə) filialının  Mexanika fakültəsinin Yeyinti İstehsalının maşın və aparatları- ixtisasına qəbul olunmuşdur. 1982-ci ildə Azərbaycan Texnologiya Universitetini fərqlənmə diplomu ilə bitirərək Yeyinti İstehsalının maşın və aparatları ixtisası üzrə mühəndis-mexanik adnı almışdır.

    1982-ci ildə  Gəncə ş. Çörək–Qənnadı istehsalat birliyində mühəndis–mexanik vəzifəsinə işə qəbul olunmuşdur. 1984-cü ildə Kiyev ş. “Qırmızı Əmək Bayrağı Ordenli Qida İstehsalının Texnologiyası İnstitununda istehsaldan ayrılmaqla aspiranturaya  daxil olmuş və 1992-ci ildən 05.18.12 ixtisası-Yeyinti İstehsalının prosesləri, maşınları və aqreqatları ixtisası üzə texnika elmləri namizədi adını almışdır.

   1987-ci ildən Gəncə ş. Azərbaycan Texnologiya İnstitutunda – Toxuculuq və yeyinti maşınları kafedrasında assistent vəzifəsində, 1992-baş müəllim vəzifəsində, 1997-ci ildən “Yeyinti istehsalının prosesləri və avadanliqları kafedrasında dossent vəzifəsində  və hal–hazirda  Yüngül sənaye mühəndisliyi və logistika  fakültəsində Elmi işlər üzrə dekan müavini vəzifəsində işləyir.

Üç dərs vəsaitinin, müəlliflik şəhadətnaməsi, iki praktikum, 75-dən artıq  elmi məqalə, metodik göstəriş və proqramların müəllifidir. Elmi əsərləri Rusiya, Belorusiya, Ukrayna, Bolqariya, Azərbaycanın və digər xarici ölkələrin yüksək indeksli, nüfuzlu jurnalarında nəşr olunmuşdur.