Azərbaycan Texnologiya Universitetində keçiriləcək "Gənc innovatorlar" Startap müsabiqəsinin tərəfdaşları sırasına Təhsilin İnkişafı Fondu da qatılıb. Bununla da startapçılarımıza " Huawei" şirkəti, "Bir" Tələbə Könüllü Təşkilatı ilə yanaşı Təhsilin İnkişafı Fondu da dəstək verir.
 
Əziz tələbələr, xatırladaq ki, 7 dekabr, 2023-cü il tarixində ATU İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə baş tutacaq "Gənc innovatorlar" Startap müsabiqəsi Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunur.
 
Yarışın keçirilməsində məqsəd universitetdə startap ekosistemini inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək, bu sahəyə marağı və istedadı olan gənclərdə stimul yaratmaqdan ibarətdir. Müsabiqə ATU tələbələri arasında keçirilir.
Öz ideyasına güvənən tələbələrimizi bir daha müsabiqədə iştiraka dəvət edirik.