Azərbaycan Texnologiya Universitetində 7 dekabr, 2023-cü il tarixində (ATU) Ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş "Gənc innovatorlar" Startap müsabiqəsi keçiriləcək.
 
Müsabiqə ATU İnnovasiya Mərkəzinin təşkilatçılığı, "Huawei" şirkətinin və "Bir" Tələbə Könüllü Təşkilatının dəstəyi ilə həyata keçirilir.
 
Yarışın keçirilməsində məqsəd universitetdə startap ekosistemini inkişaf etdirmək, yeni startapların yaradılmasına kömək etmək, bu sahəyə marağı və istedadı olan gənclərdə stimul yaratmaqdan ibarətdir. Müsabiqə ATU tələbələri arasında keçirilir.
 
Öz ideyasına güvənən tələbələrimiz müsabiqədə iştiraka dəvət edilir.