Region gəncləri və tələbələrinin nəzərinə ✓Təqdim etməyə çəkindiyiniz hər hansı bir biznes planınız və ya sosial ideyanız var?✓ Fərq yaratmaq üçün yaradıcılığınızdan və bacarıqlarınızdan istifadə etməkdə həvəslisiniz?✓ Öz şəxsi işinizi qurmaq haqqında düşündünüzmü?✓Yaşadığınız regiona öz töhvənizi vermək istəyirsinizmi? Yuxarıda göstərilənlərdən hər hansı birinə “bəli” cavabını verirsinizsə, “British Council” və UNEC sizi - region gənclərini və tələbələrini 21-23 iyun 2021-ci il tarixində baş tutacaq Creative Spark StartUp Təlimi - onlayn müəssisə düşərgəsinə dəvət edir. Təcrübəli mütəxəssislərdən birbaşa sahibkarlıq sahəsində yeni bacarıqlar qazanmağa imkan verəcək ödənişsiz təlimlər onlayn qaydada, Azərbaycan dilində keçiriləcəkdir. Hər təlim 2 saat (14:00-16:00) davam edəcək. Təlim günlərinin mövzuları:21 iyun- Biznes fürsətlərinin təyin olunması, Bazar İqtisadiyyatında boşluqların tapılması22 iyun- Effektiv Biznes modelinin qurulması23 iyun- Biznes planın tərtib olunması Bootcamp zamanı✓ Fərqli sənaye sahələrin mentor qruplarından mütəxəssis məsləhətləri ala;✓ İdeyanı hakim heyət və qonaq auditoriyasına təqdim edə, istənilən hədəfə nail olmaq məqsədilə təqdimat bacarıqlarınızı inkişaf etdirə;✓ İdeyalarınızı gerçəkləşdirməyə kömək edəcək potensial maliyyə mənbələri haqqında məlumat əldə edə biləcəksiniz. Qeydiyyat linkji: https://forms.office.com/r/1FKSHzBmPzƏlaqə: [email protected] 680 dəfə oxunub