Avropada təqaüdlə təhsil imkanı Azərbaycan Texnologiya Universiteti İspaniyanın Jaen Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində UTECA-nın 3 tələbəsinə İspaniyada 1 semestr müddətinə ingilis dilində təhsil alması üçün qrant ayrılıb. Proqrama universitetin Avtomatika, telekommunasiya və informatika, İqtisadiyyat və idarəetmə fakültələrinin I və II kurs əyani təhsil alan tələbələri müraciət edə bilərlər. Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək. Tələbələrin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq:✓ ÜOMG✓ Müsahibə Müsahibədə iştirak etmək istəyən tələbələr 25 may 2021-ci il tarixinədək Elm və xarici əlaqələr mərkəzi ilə (Tel: 022 257 35 78; Mob: 070 503 12 99) əlaqə saxlayıb qeydiyyatdan keçə bilərlər. 713 dəfə oxunub