Azərbaycan Texnologiya Universitetində (UTECA) beynəlxalq elmi-praktik konfrans keçiriləcək 30 aprel – 1 may 2021-ci il tarixində Azərbaycan Texnologiya Universitetində (UTECA) ümummilli lider Heydər Əliyevin anadan olmasının 98 illiyinə həsr olunmuş “Universitet reytinqi məsələlərinin əsas problemləri” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçiriləcək. Konfransın panelləri universitetin istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib: Qida və turizm sənayesi mühəndisliyi və menecmenti Logistika mühəndisliyi və menecmenti Yüngül sənaye mühəndisliyi və menecmenti İnformasiya texnologiyaları mühəndisliyi və menecmenti Metal və materiallar mühəndisliyi və menecmenti Davamlı inkişaf və təhsil texnologiyaları Tezislərə olan tələblər Azərbaycan Respublikası Təhsil Nazirliyinin müəyyən etdiyi formata uyğun olaraq aşağıdakı kimidir:   Tezislər konstruktiv, konkret və konfransın mövzusuna uyğun olmalıdır, 1,5 intervalla, 12 şriftlə, Times New Roman (formulalar Microsoft Eqution 3,0) formatı – soldan, sağdan, yuxarıdan, aşağıdan 2 sm olmaq şərti ilə 3 səhifədən çox olmayaraq təqdim olunmalıdır. Müəlliflərin adı, soyadı, elmi dərəcəsi, iş yeri və e-poçt ünvanı tezisin adının altında yazılmalıdır. Tezislərin ingilis və rus dillərində xülasəsi vacibdir. Tezislər xüsusi topluda nəşr olunacaq. Tezislər 5 aprel 2021-ci ildən gec olmayaraq [email protected] elektron poçt ünvanına göndərilməlidir. Tezisin çap dəyəri xarici vətəndaşlar üçün hər səhifəyə görə 5$, Azərbaycan vətəndaşları üçün 5 AZN-dir. Məcmuələr toplusunun isə dəyəri xarici vətəndaşlar üçün 20$, Azərbaycan vətəndaşları üçün 10 AZN-dir. Valyuta: AZNBenefisiarın adı: Azərbaycan Texnologiya UniversitetiVÖEN: 2300343181H/H: AZ39AIIB38060019440135272127Benefisiarın Bankı: “Kapital Bank” ASC, Gəncə filialıBankın kodu: 200275VÖEN: 9900003611Müxbir hesab: AZ37NABZ01350100000000001944S.W.I.F.T. BİK: AIIBAZ2XBankın ünvanı: Gəncə şəhəri, Cavadxan küçəsi 24Tel: (022) 256-67-95, 256-01-19 Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103Tel: (022) 257 00 46e-mail: [email protected]   931 dəfə oxunub