Metallurgiya mühəndisliyi ixtisasımızın məzunlarının nəzərinə! "AzerGold" QSC-nin Daşkəsən rayonunda Çovdar filiz emal sahəsində baş metallurq və metallurq vakansiyaları var. Vakansiyaya dair tələblər Əsas vəzifə və öhdəliklər:• Xırdalama sahəsində aparılan qırma və xırdalama əməliyyatlarına nəzarət etmək;• Aqlomerasiya prosesi üçün lazım olan qarışıqların düzgün əlavəsinə nəzarət etmək;• Topa qələviləşdirmə sahəsində qələviləşdirmə prosesinə, Adsorbsiya, Desorbsiya və Emal zavodunda kömürlə adsorbsiya və desorbsiya-elektroliz əməliyyatlarına, kömürün regenerasiyası prosesinə nəzarət etmək;• Laboratoriyada filizdən qızıl çıxımının təyini üçün aparılan testlərə və digər testlərə nəzarət etmək;• Götürülən nümunələrin və nümunə götürülmə üsulunun yaxşı olmasını təmin etmək, tədqiq etmək və lazım olarsa inkişaf etdirmək;• Bütün testlərin standart əməliyyat prosedurları ilə uyğun olmasına nəzarət etmək;• Emal sahəsi və qızıl otağında maksimum qızıl çıxımına nail olmaq üçün reaktiv istehlakının optimallaşdırılmasına nəzarət etmək;• Hasilat prosesində xammalın sərfinin uçotunu və nəzarətini təmin etmək;• Hasilat prosesi barədə günlük, həftəlik və aylıq hesabatların verilməsinə nəzarət etmək; Tələb olunan bilik, bacarıq və səriştələr:• Komanda ruhu, ünsiyyət, münasibətlərin qurulması, şəxsi və peşəkar inkişaf, hesabat yazma səriştəsi;• İstehsalat sahələrinin beynəlxalq standartların tələblərinə uyğun idarəolunması qaydalarını bilməli;.• Dil və komputer bilikləri: Azərbaycan dili (mükəmməl), İngilis və Rus dilləri yaxşı, Microsoft Office proqramlarını bilməli. Tələb olunan təhsil və iş təcrübəsi:• Ali təhsil (müvafiq sahə üzrə);• Minimum 2 il müvafiq sahədə iş təcrübəsi. 641 dəfə oxunub