UTECA vakansiya elan edir Vakansiya 5 “STRATEJİ TƏHLİL VƏ İNNOVASİYALAR ÜZRƏ KOORDİNATOR”Namizədə qarşı tələblər:• İş yeri: Gəncə şəhəri - Azərbaycan Texnologiya Universiteti;• Yaş: 25-40 (kişi/qadın);• İş qrafiki: I-V gün saat 08:30-17:00;• Ali təhsil;• Kompüter bilikləri: MS Office proqramları;• Azərbaycan dili - yüksək, İngilis və Rus dilləri arzuolunandır;• Ünsiyyət və təqdim etmə bacarıqları;• Rəhbərlik ilə tərəfdaşlıq münasibətlərini idarə etmək üçün mükəmməl şəxslərarası, analitik və liderlik bacarıqları; İnnovasiya və texnologiya sahəsində təcrübə də daxil olmaqla biznes, strategiya və tərəfdaşlıq idarəedilməsi sahəsində təcrübə;• Məqsədyönlülük, dürüstlük, məsuliyyətlilik, çeviklik;• Komandada işləmə.Vəzifə öhdəlikləri:• Korporativ strategiyanın hazırlanması prosesində aktiv iştirak;• Strategiyanın idarəedilməsi üzrə siyasət və prosedurların yazılması prosesinin aparılmasını təmin etmək;• Texnoloji startaplar ilə əlaqəli yeni investisiya sahələrində strateji layihələrin idarə edilməsi, icrası və dəstəklənməsini həyata keçirmək;• Universitetin strateji hədəflərinə və genişlənmə prioritetlərinə uyğun olan yüksək effektivli innovativ strategiyanı və planı hazırlamaq və həyata keçirmək;• İnnovasiyaları sürətləndirə biləcək, eyni zamanda yerli və beynəlxalq bazarlarda yaradıcı həllər və texnologiyalara çıxış əldə edə biləcək xarici tərəfdaşları aşkarlamaq;• Qabaqcıl biznes modellərinin və həllərinin potensial olaraq UTECA ailəsində həyata keçirilməsi məqsədilə yerli və beynəlxalq ideyaları araşdırmaq.☞ Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmək xahiş olunur:UTECA komandasında işləmək istəyən namizədlər CV-lərini foto şəkili ilə (mövzu yerində “STRATEJİ TƏHLİL VƏ İNNOVASİYALAR ÜZRƏ KOORDİNATOR” qeyd edilməklə) l.rz[email protected] elektron ünvanına göndərə bilərlər.☞ Müraciət üçün son tarix 05 mart 2021-ci ildir.☞ Namizədlərin göstəriciləri vəzifə tələblərinə uyğun gəlmədikdə və ya müraciət müddəti bitdikdə CV-lərə baxılmayacaq!☞ Əmək haqqı namizədlə müsahibə nəticəsində müəyyənləşdiriləcəkdir.Diqqət: Müraciət edən namizədlərin CV ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlər ilə e-poçt və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsahibəyə dəvət olunacaqlar. 696 dəfə oxunub