Azərbaycan Texnologiya Universitetində (ATU) növbəti Tyutor hazırlığı üzrə sertifikat proqramına sənəd qəbulu elan olunur.

Sertifikat proqramının məqsədi tədris prosesində tələbələrə peşəkar xidmət göstərə biləcək akademik məsləhətçilərin hazırlanmasıdır. Tədris prosesinin bütün mərhələlərini əhatə edən proqram təcrübəli ekspertlər tərəfindən aparılacaq.

Sənəd qəbulunun müddəti 19 oktyabr 2026-cı il tarixinə qədərdir. 

Qeyd edək ki, proqram çərçivəsində universitet tyutorlarının təkmilləşdirməsi də nəzərdə tutulub.

Proqramın yekununda nəticəsi  91-100 bal arası olan namizədlərə “Fərqlənmə”,  51-90 arası olan namizədlərə  “Adi”, 50 və 50-dən aşağı olan namizədlərə isə “Dinləyici” sertifikatı təqdim olunacaq.

Kursda iştirak etmək istəyənlər aşağıdakı sənədləri təqdim etməlidirlər:

-Rektorun adına ərizə
-Ali təhsil haqqında sənədin (diplomun) surəti
-3×4 sm ölçüdə 1 ədəd fotoşəkil
-Şəxsiyyət vəsiqəsinin surəti 

Əlaqə: (+994) 55 716 41 11 Kəmalə Əsgərova