Dövlət İmtahan Mərkəzi 2026/2027-ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinin magistraturalarının boş qalan yerlərinə qəbul olmaq üçün avqustun 24-dən 30-dək ixtisaslaşma seçimi elan edir.
Azərbaycan Texnologiya Universitetinin magistratura səviyyəsi üzrə boş qalan plan yerləri aşağıdakı kimidir:
Dizayn
• Tekstil dizaynı* — 1 yer (1550 AZN)
• Sənaye dizaynı* — 2 yer (1550 AZN)
Beynəlxalq ticarət və logistika
• Gömrük işi* — 5 yer (1450 AZN)
Biznesin idarə edilməsi
• Beynəlxalq biznesin idarə edilməsi* — 2 yer (1450 AZN)
Biznesin təşkili və idarə edilməsi (MBA)
• Marketinq (MBA) — 5 yer (1750 AZN)
• Risklərin idarə edilməsi — 7 yer (1750 AZN)
• Rəqəmsal marketinq* — 5 yer (1750 AZN)
• Mühasibat (MBA) — 6 yer (1750 AZN)
• Turizm və hotelçiliyin idarə edilməsi* — 5 yer (1750 AZN)
Dövlət və bələdiyyə idarəetməsi
• Regional idarəetmə — 2 yer (1450 AZN)
• Dövlət proqramlarının və layihələrin idarə edilməsi* — 3 yer (1450 AZN)
Marketinq
• Strateji marketinq — 2 yer (1450 AZN)
• Xidmət sahələrinin marketinqi — 2 yer (1450 AZN)
Menecment
• İnnovasiya menecmenti — 1 yer (1450 AZN)
• İstehsal və əməliyyat menecmenti — 3 yer (1450 AZN)
• Strateji menecment — 3 yer (1450 AZN)
• Korporativ menecment — 3 yer (1450 AZN)
Ekologiya mühəndisliyi
• Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması — 5 yer (1450 AZN)
• Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması*** — 3 yer (1500 AZN)
• Tullantıların emal texnologiyaları (sahələr üzrə) — 3 yer (1450 AZN)
• Su ehtiyatlarının idarə olunması və mühafizəsi — 3 yer (1450 AZN)
Qida mühəndisliyi
• Qida təhlükəsizliyi və risklərin idarə edilməsi — 2 yer (1450 AZN)
• Qida istehsalının idarə edilməsi — 7 yer (1450 AZN)
Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
• Nəqliyyat logistikası** (ingilis dilində) — 2 yer (1500 AZN)
Metallurgiya mühəndisliyi
• Əlvan və nadir metalların metallurgiyası — 2 yer (1450 AZN)
Proseslərin avtomatlaşdırılması mühəndisliyi
• Texnoloji proseslərin avtomatlaşdırılması və idarə edilməsi (sahələr üzrə) — 2 yer (1550 AZN)
Şərabçılıq
• Şərabçılıq və qıcqırtma istehsalının texnologiyası — 10 yer (1450 AZN)
• Alkoqolsuz və az alkoqollu içkilərin texnologiyası — 3 yer (1450 AZN)
Turizm və hotelçilik
• Turizm və sosial-mədəni servis* — 6 yer (1550 AZN)
*Təhsil müddəti 1,5 ildir. Bu ixtisaslaşma üzrə magistrlik dissertasiyasının müdafiəsi nəzərdə tutulmadığından, məzun təhsilini doktoranturada davam etdirə bilməz.
Kadr hazırlığı Polşa Respublikasının Bialystok Texnologiya Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində aparılacaqdır.
Kadr hazırlığı Macarıstan Respublikasının Sopron Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində aparılacaqdır.
İxtisaslaşma seçimi: 24–30 avqust 2026-cı il
Boş qalan plan yerləri olan ixtisaslaşmaların siyahısı “Magistr” jurnalının 6-cı sayında dərc olunub. Ətraflı: https://shorturl.at/P6BKy