Azərbaycan Texnologiya Universitetində 3337.01 – “İnformasiya-ölçmə və idarəetmə sistemləri” ixtisası üzrə fəlsəfə doktoru imtahanı keçiriləcək.

Elanın verildiyi tarixdən etibarən 1 (bir) ay müddətində iddiaçılardan Magistratura və doktorantura şöbəsinə müraciət etmələri xahiş olunur.

İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilməlidir:

   - Şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmaqla iddiaçının ərizəsi; 

   - İddiaçı ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanının keçiriləcəyi elmi

müəssisə və təşkilatın və ya ali təhsil müəssisəsinin doktorantı (dissertantı, adyunktu) olmadığı halda, dissertasiya işinin yerinə yetirildiyi müəssisədən müvafiq müraciət məktubu. 

Müraciət üçün son tarix: 25.05.2026

Ətraflı məlumat üçün: (+994 22) 267 03 91