Azərbaycan Texnologiya Universitetinin İnnovasiya Mərkəzi Adobe Photoshop üzrə “Qrafik dizayn” təlimlərinə start verir.
Təlim çərçivəsində iştirakçılar Adobe Photoshop proqramı vasitəsilə vizual estetika, kompozisiya və rəng balansı kimi əsas dizayn prinsiplərini mənimsəyəcə, eyni zamanda fon silmə, maskalama və kreativ manipulyasiya texnikaları ilə peşəkar səviyyədə vizuallar hazırlamağı öyrənərək sosial media və reklam məqsədli yüksək keyfiyyətli dizaynlar yaratmaq bacarıqları əldə edəcəklər.
📅 Tarix: 30 aprel
🕒 Vaxt: 13:00–14:00 (həftənin II və IV günləri)
📍 Məkan: ATU, Dizayn Klubu (2306)