📢 Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103 illiyinə həsr olunmuş “Beşinci sənaye inqilabına doğru – universitetlərin rolu, çağırışlar və imkanlar” mövzusunda keçiriləcək Beynəlxalq Elmi-Praktik Konfrans üzrə tezislərin qəbulu müddəti uzadılıb.
Tezislərin təqdim edilməsi üçün son müraciət tarixi 25 aprel 2026-cı il olaraq müəyyən edilib. Tədqiqatçılar tezislərini qeyd olunan tarixədək təqdim edə bilərlər. Xatırladaq ki, beynəlxalq konfrans 5–6 may 2026-cı il tarixlərində keçiriləcək.
Ətraflı məlumat: https://conference.atu.edu.az/