Azərbaycan Texnologiya Universiteti (ATU) 🌱“GreenTech III” müsabiqəsi öncəsi təlim seriyasına başlayır. Təlim proqramı iştirakçılara ideyanı formalaşdırmaq, bazara çıxarmaq və investor qarşısında təqdim etmək bacarıqları qazandıracaq.

7 moduldan ibarət proqram çərçivəsində biznes modeli, market çıxışı, investisiya və pitch mövzuları üzrə praktiki biliklər təqdim olunacaq. Təlimlər hibrid formatda keçiriləcək.

📅 Başlanğıc: 13 aprel
📍 Məkan: ATU İnnovasiya Mərkəzi

Qeyd edək ki, bu təlim seriyası “GreenTech III” müsabiqəsinə hazırlıq mərhələsidir. Qeydiyyat üçün QR kod vasitəsilə keçid edin.