Azərbaycan Texnologiya Universitetində (ATU) İKT bacarıqlarını inkişaf etdirmək istəyən professor-müəllim heyəti və tələbələr üçün “İKT biliklərinin artırılması yolları” mövzusunda təlimlər təşkil olunacaq.
Təlim proqramı və cədvəli aşağıdakı kimidir:
- 07.04.2026 – İnformasiya-kommunikasiya texnologiyalarının təhsilə tətbiqi, təhsildə istifadə olunan İKT avadanlıqları və proqram təminatı
- 14.04.2026 – Kompüterin proqram təminatı, tətbiqi proqramlar (MS Word, MS PowerPoint)
- 21.04.2026 – İnternet şəbəkəsi, internet xidmətləri, elektron tədris vasitələri və elektron jurnallar
- 05.05.2026 – Təhsildə süni intellekt tətbiqləri, intellektual təlim sistemləri və qiymətləndirmə proqramları
Təlimlər saat 10:30-da başlayacaq və 4109 saylı auditoriyada təşkil olunacaqdır.