Azərbaycan Texnologiya Universiteti (ATU) şanlı Zəfərin 5 illiyinə həsr olunmuş rəsm müsabiqəsi elan edir.
Müsabiqəyə “Zəfər”, “Vətən”, “Qəhrəmanlıq”, “Sülh”, azad olunmuş ərazilərin füsunkar təbiətini, Vətən oğullarının döyüş ruhunu əks etdirən əsərlər qəbul olunacaq.
Rəsmlərin işlənmə texnikası sərbəstdir.
Müsabiqəyə təqdim olunan rəsmlərin aşağı sağ küncündə tələbənin adı, soyadı, təhsil aldığı fakültə qeyd olunmalıdır.
Rəsmlər müəllifin tələbə vəsiqəsinin surəti ilə birlikdə 1 noyabr tarixinədək ATU-nun Yüngül sənaye mühəndisliyi və dizayn kafedrasına (I korpus) təqdim olunmalıdır.
Müsabiqənin nəticələri 3 noyabr 2025-ci il tarixində elan olunacaqdır.
Qalibləri mükafatlar gözləyir.