“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti ali təhsil müəssisələrinin bakalavr və magistr pillələrində, Cəmiyyətin fəaliyyət istiqamətlərinə uyğun ixtisaslarda təhsil alan tələbələr üçün təqaüd proqramı elan edir. Təqaüdün aylıq məbləği 200 manatdır və 9 ay müddətində ödənilir.

Təqaüd, tələbələrin təhsilə və elmi araşdırmaya marağını artırmaq, istedadlı gənclərin bilik və bacarıqlarını real iş mühitində tətbiq etməsinə şərait yaratmaq məqsədi daşıyır. Seçim prosesi iki mərhələdən – test imtahanı və müsahibədən ibarətdir.

Ətraflı: https://azergold.az/teqaud-proqrami