İxtisaslaşma seçimi bu gündən başlayaraq iyulun 13-dək (saat 23:59-dək) davam edəcək.

Seçimi Azərbaycan Texnologiya Universiteti (ATU) olanların nəzərinə çatdırırıq ki, universitetimizdə magistratura təhsil səviyyəsi üzrə 173 plan yeri ayrılıb:

7003005 Dizayn* 
                 Tekstil dizaynı* – 6 yer 
                 Sənaye dizaynı* – 2 yer 

7004001 Beynəlxalq ticarət və logistika  
                 Gömrük işi – 3 yer 

7004002 Biznesin idarə edilməsi
                 Beynəlxalq biznesin idarə edilməsi* – 4 yer 

7004003 Biznesin təşkili və  idarə edilməsi (MBA)* – 84 yer
                 Marketinq (MBA) – 18 yer 
                 Risklərin idarə edilməsi – 15 yer 
                 Rəqəmsal marketinq* – 18 
                 Mühasibat (MBA) – 15 yer 
                Turizm və hotelçiliyin idarə edilməsi* – 18 yer 

7004004 Dövlət və bələdiyyə idarəetməsi – 9 yer
                 Regional idarəetmə – 3 yer 
                 Dövlət proqramlarının və layihələrinin idarə edilməsi* – 3 
                 Dövlət idarəetməsi – 3 yer

 7004007 Marketinq – 13 yer
                  Strateji marketinq – 5 yer
                  Xidmət sahələrinin marketinqi – 8 yer 

7004008 Menecment – 12 yer
                 İnnovasiya menecmenti – 3 yer 
                 İstehsal və əməliyyat menecmenti – 3 yer
                 Strateji menecment – 3 yer 
                 Korporativ menecment – 3 yer 

7006007 Ekologiya mühəndisliyi – 22 yer
      Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması – 13 yer 
      Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması*** – 5 yer 
      Tullantıların emalı texnologiyaları (sahələr üzrə) – 2 yer
      Su ehtiyatlarının idarə olunması və mühafizəsi  – 2 yer

7006016 İnformasiya texnologiyaları – 6 yer 
                Telekommunikasiya sistemlərinin  informasiya texnologiyaları – 6 yer

7006022 Kompüter mühəndisliyi – 12 yer
                 Kompüter sistemləri və şəbəkələri – 12 yer

7006023 Qida mühəndisliyi – 15 yer
                 Qida təhlükəsizliyi və risklərin idarə edilməsi – 10 yer
                 Qida istehsalınımn idarə edilməsi – 5 yer 

7006024 Logistika və nəqliyyat texnologiyaları – 9 yer
                 Nəqliyyat logistikası – 3 yer 
                 Nəqliyyat logistikası** – 2 yer 
                 Nəqliyyat xidmətləri üçün böhran və risklərin idarə edilməsi – 2 
                 Nəqliyyatda daşımalar və menecment (nəqliyyat növləri üzrə) – 2 

7006031 Metallurgiya mühəndisliyi – 4 yer
                 Əlvan və nadir metalların metallurgiyası – 2 yer 
                 Metallurji proseslərin və materialların fiziki-kimyəvi tədqiqat üsulları – 2 yer 

7006035 Nəqliyyat mühəndisliyi – 6 yer
                 Dəmiryol təsərrüfatı və onun istismarı – 3 yer 
                 Yol hərəkətinin təşkili və təhlükəsizliyi – 3 yer 

7006038 Proseslərin avtomatlaşdırılması mühəndisliyi – 3 yer
                 Texnoloji proseslərin avtomatlaşdırılması və idarə edilməsi (sahələr üzrə) – 3 yer

7006039 Radiotexnika və telekommunikasiya mühəndisliyi – 4 yer
                 Rabitə qovşaqları və kommutasiya sistemləri – 4 yer 

7006042 Şərabçılıq – 25 yer
                 Şərabçılıq və qıcqırtma istehsalının texnologiyası – 15 yer 
                 Alkoqollu içkilərin texnologiyası – 5 yer 
                 Alkoqolsuz və az alkoqollu içkilərin texnologiyası – 5 yer 

7008004 Turizm və hotelçilik – 10 yer
                 Turizm və sosial-mədəni servis* – 10 yer 

*Təhsil müddəti 1,5 ildir. Bu ixtisaslaşma üzrə magistrlik dissertasiyasının müdafiəsi nəzərdə tutulmadığından, məzun təhsilini doktoranturada davam etdirə bilməz. 

**Kadr hazırlığı Polşa Respublikasının Bialystok Texnologiya Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində aparılacaqdır. Proqrama qəbul olunan tələbələr I tədris ilində Azərbaycan Texnologiya Universitetində, II tədris ilində isə Polşa Respublikasının Bialystok Texnologiya Universitetində təhsil alacaqlar. Tələbə qəbulu yalnız ödənişli əsaslarla aparılır. Təhsil dövründə yaşayış və digər xərclər tələbələrin öz vəsaitləri hesabına qarşılanır. 

***Kadr hazırlığı Macarıstan Respublikasının Sopron Universiteti ilə birgə ikili diplom proqramı çərçivəsində aparılacaqdır. Proqrama qəbul olunan tələbələr I tədris ilində Azərbaycan Texnologiya Universitetində, II tədris ilində isə Macarıstan Respublikasının Sopron Universitetində təhsil alacaqlar. Tələbə qəbulu yalnız ödənişli əsaslarla aparılır. Təhsil dövründə yaşayış və digər xərclər tələbələrin öz vəsaitləri hesabına qarşılanır.

Əlaqə: 070 249 96 40 (Eldəniz Bayramov)