🎓 Azərbaycan Texnologiya Universiteti (ATU) ikili diplom magistr proqramlarına qəbul elan edir!
🌍 Gələcəyini beynəlxalq diplomla möhkəmləndir!
ATU-nun nüfuzlu Avropa universitetləri ilə birgə həyata keçirdiyi ikili diplom proqramları sizə həm Azərbaycanda, həm də Avropada təhsil almaq, beynəlxalq təcrübə qazanmaq fürsəti yaradır.
📌 2025/2026-cı tədris ili üzrə qəbul olunan magistr ixtisasları:
🔹 Nəqliyyat logistikası – 2 yer
📍 Təhsil tərəfdaşı: Polşa Respublikasının Bialystok Texnologiya Universiteti
📚 I il: Azərbaycan Texnologiya Universiteti
📚 II il: Bialystok Texnologiya Universiteti (Polşa)
🔹 Ətraf mühitin mühafizəsi və təbii ehtiyatlardan səmərəli istifadə olunması – 5 yer
📍 Təhsil tərəfdaşı: Macarıstan Respublikasının Sopron Universiteti
📚 I il: Azərbaycan Texnologiya Universiteti
📚 II il: Sopron Universiteti (Macarıstan)
İkili diplom proqramlarının üstünlükləri:
✅ İki ölkədə təhsil alma imkanı
✅ İki universitetdən ikili diplom
✅ Beynəlxalq əmək bazarında rəqabət üstünlüyü
✅ Əldə olunmuş bilik və təcrübənin qlobal tətbiqi