6-7 may 2025-ci il tarixində Azərbaycan Texnologiya Universitetində (ATU) Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102 illiyinə həsr olunmuş “Dördüncü sənaye inqilabı dövründə elm və texnologiyaların mövcud vəziyyəti və inkişaf perspektivləri” mövzusunda hibrid formatda Beynəlxalq Elmi-Praktik Konfrans keçiriləcəkdir.

 

Konfransın bölmələri universitetin  istiqamətlərinə müvafiq olaraq aşağıdakı kimi müəyyənləşdirilib:

-  Qida mühəndisliyi və texnologiyaları

-  Süni intellekt, elektronika və informasiya texnologiyaları

-  Tekstil və yüngül sənaye

-  Dizaynda innovativ texnologiyalar

-  Maşınqayırma, nəqliyyat və logistika

-  Metallurgiya mühəndisliyi

-  Rəqəmsal iqtisadiyyat və idarəetmə

-  Turizm sənayesinin təşkili

-  Ətraf mühit, təhlükəsizlik və dayanıqlı inkişaf

-  Fundamental elmlər və innovativ texnologiyalar

-  Multikultural təhsildə innovativ texnologiyalar

Konfrans materialları aşağıdakı tələblərə uyğun olaraq hazırlanmalıdır:

-  Konfrans materialları Azərbaycan, Rus və ya İngilis dillərində qəbul olunur;

- Mətn “Microsoft Word” redaktorunda Arial şrift ilə (hərflərin ölçüsü-12 pt, sətirarası interval -1,5, abzas-1,25), boş sahələrin ölçüləri soldan-25 mm, sağdan-15 mm, yuxarı və aşağıdan 20 mm olmaqla, A4 (210 mm x 297 mm) formatda hazırlanmalıdır;

- Konfrans materialının mətni 3 səhifədən çox olmamalıdır;            

- Mətnin əvvəlində ortadan materialın mövzusu (böyük hərflərlə), onun altında tədqiqatçıların adı və soyadı, müəssisənin adı, müəlliflərin elektron poçt ünvanı yazılır (hər biri qalın şrift ilə);

Konfrans materialında istifadə edilmiş elmi ədəbiyyata istinad və mənbələr aşağıdakı qaydada göstərilir:

- İstifadə edilmiş ədəbiyyat siyahısında əvvəlcə Azərbaycan dilində, sonra isə türk, rus, ingilis, fransız, alman, ərəb və s. dillərdə olan mənbələr hər bir dilə uyğun    əlifba sırası ilə düzülür və ardıcıl olaraq nömrələnir.

- İstinad olunan ədəbiyyatın nömrəsi mətnin içində kvadrat mötərizədə göstərilir.

- İstifadə edilmiş ədəbiyyat siyahısında, əsasən son 10 ildə nəşr edilmiş elmi əsərlərin olması arzuolunandır.

- İstifadə edilmiş ədəbiyyatın biblioqrafik təsvirinə aid nümunələrlə verilmiş link vasitəsilə (Əlavə 4.1 - https://aak.gov.az/single/492) tanış ola bilərsiniz.

Konfrans materialının sonunda İngilis dilində xülasə və açar sözlər verilir. Müəllifin əldə etdiyi elmi nəticə, işin elmi yeniliyi xülasədə yığcam şəkildə öz əksini tapmalıdır. Xülasə elmi və qrammatik baxımdan ciddi redaktə olunmalıdır. Hər bir xülasədə materialın, müəllifin və müəssisənin adı yuxarıda qeyd olunan qaydada göstərilməlidir.

-Konfransın redaksiya heyətinə təqdim olunan materialın orjinallığına, elmi yeniliyinə və s. müəlliflər cavabdehdir. 

-Konfrans materialları konkret və konfransın mövzusuna uyğun olmadıqda, yuxarıda qeyd olunan tələbləri ödəmədikdə Təşkilat komitəsi tərəfindən qəbul edilmir.

-Çıxış üçün qəbul edilən konfrans materialı haqqında məlumat müəlliflərə konfransa 4 gün qalmışa qədər (son tarix 2 may) göndərilir.

-Konfransda çıxış edən hər bir  tədqiqatçıya sertifikat verilir.

- Konfrans materialları 23 gün ərzində (mayın 30-a qədər) PDF formatında konfransın rəsmi saytında (https://atu.edu.az/konferanslar) yerləşdirilir.

-Konfransda iştirak ATU-nun doktorantları, dissertantları, magistrantları, əməkdaşları və xarici ölkələri təmsil edən şəxslər üçün ödənişsizdir. Digər iştirakçıların konfrans materialının hər səhifəsi üçün 5 manat ödəniş etməsi nəzərdə tutulur. Konfrans materialları ödəniş qəbzi ilə birgə təqdim olunmalıdır.

 

- Ödəniş üçün tələb olunan rekvizitlər aşağıdakılardır:

AZƏRBAYCAN TEXNOLOGİYA UNİVERSİTETİ PUBLİK HÜQUQİ ŞƏXS

VÖEN: 2300343181

H/H: AZ39AIIB38060019440135272127

Bankın adı:  “Kapitalbank” ASC Gəncə filialı

Bankın kodu:  200275

VÖEN:  9900003611

Müxbir hesab:  AZ37NABZ01350100000000001944

S.W.I.F.T. BİK: AIIBAZ2X

 

Konfrans materialları 25 aprel 2025-ci ildən gec olmayaraq conference@atu.edu.az  elektron poçt ünvanına göndərilməlidir.

Ünvan: Gəncə ş. AZ2011 Şah İsmayıl Xətai prospekti 103

Tel: (022) 268 00 46

e-mail: conference@atu.edu.az

         

Konfransın proqramı barədə ərtaflı məlumat əldə etmək və konfransa qoşulmaq üçün veb səhifə:  conference.atu.edu.az