Azərbaycan Texnologiya Universitetində 2025-ci il üçün fəlsəfə doktoru imtahanı keçiriləcəkdir.
Fəlsəfə doktoru imtahanlarının verilməsi iddiaçıların dissertasiya müdafiəsinə buraxılması üçün əsas şərtdir.
Bu imtahan normativ təhsil müddətində verilməlidir.
Fəlsəfə doktoru proqramı üzrə təhsil alan (normativ təhsil müddəti başa çatmayan) doktorantlar şəxsiyyət vərəqinin surətini əlavə etməklə müvafiq ərizə yazaraq təqdim edir və imtahana buraxıla bilir.
İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanında iştirak etmək üçün aşağıdakı sənədlər təqdim edilir:
- şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmaqla iddiaçının ərizəsi;
- iddiaçı ixtisas fənni üzrə fəlsəfə doktoru imtahanının keçiriləcəyi elmi müəssisə və təşkilatın, ali təhsil müəssisəsinin doktorantı (dissertantı, adyunktu) olmadığı halda onun dissertasiya işinin yerinə yetirildiyi müəssisədən müvafiq müraciət məktubu.
İmtahan vaxtları haqqında öncədən müvafiq kafedra və fakültələrə, eləcə də doktorantların "WhatsApp" qrupunda məlumat verilir.
Sənədlər elan verilən gündən 1 (bir) ay müddətində qəbul edilir.
İxtisas fənni üzrə fəlsəfə doktoru imtahanının nəticələrinə dair şəhadətnamələr imtahan keçirildikdən sonra 1 (bir) ay ərzində Magistratura və doktorantura şöbəsindən götürülə bilər.
Müraciət üçün son tarix: 19.03.2025
Ətraflı məlumat üçün: (+99470) 249 96 40