Azərbaycan Texnologiya Universitetinin (ATU) həmtəşkilatçılığı ilə "Şərq-Qərb Nəqliyyat Koridorunda Logistika və İdarəetmə Problemləri" (PLMO 2025) mövzusunda Beynəlxalq Elmi Konfrans keçiriləcək.

Azərbaycan Texnologiya Universiteti, İdarəetmə Sistemləri İnstitutu (Azərbaycan), Silesia Texnologiya Universiteti (Polşa), Guangzhou Universiteti (Çin), Gürcüstan Texniki Universiteti (Gürcüstan) və Daşkənd Dövlət Nəqliyyat Universitetinin (Özbəkistan) birgə təşkilatçılığı ilə baş tutacaq konfransın tərəfdaşları Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Azərbaycan Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan, Türkiyə, Çin, Ukrayna, Qazaxıstan, Moldova və Gürcüstanın elm və ali təhsil müəssisələridir.

PLMO 2025 13-14 may tarixlərində Bakıda, 15-16 may tarixlərində isə Gəncədə Azərbaycan Texnologiya Universitetində təşkil olunacaq.


https://plmo.cyber.az/2025/index.html