17 dekabr tarixində Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “ll Qida sənayesi və Qida təhlükəsizliyi forumu” üzrə ll panel AQTİ-nin Xidmətlərin təşkili departamentinin Xidmətlərin təşkili şöbəsinin müdiri Maşallah Tağıyevin moderatorluğu ilə keçiriləcək. 

Bu bölmənin spikerləri - ADA Universitetinin dosenti Asəf Ömərov, Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin və Azərbaycan Kooperasiya Universitetinin professoru,  “Azər Konyak” MMC-nin məsləhətçi texnoloqu Vüqar Mikayılov, Azərbaycan Standartlaşdırma İnstitutunun Aqrar və Qida sənayesinin standartlaşdırılması şöbəsinin müdiri Bayram Əliyev, AZGRANATA şirkətinin əməliyyat direktoru Yusif Ləzgiyev və "Caspian Coast" MMC-nin Baş direktoru Fuad Mollayev qida sahəsinin aktual məsələləri ətrafında diskussiya aparacaqlar.