17 dekabr tarixində Azərbaycan Texnologiya Universitetinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 101 illiyinə həsr olunmuş “II Qida sənayesi və Qida təhlükəsizliyi forumu” keçiriləcəkdir. 

Gəncə Dövlət Filarmoniyasında baş tutacaq forum iki paneldən ibarət olacaq.

I panel ATU-nun Qida mühəndisliyi fakültəsinin dekanı dos.Mehman İsmayılovun moderatorluğu ilə keçiriləcəkdir. Bu bölmənin spikerləri - AQTA-nın Gəncə-Daşkəsən Regional Bölməsinin rəis müavini Firdovsi Ələkbərov, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Heyvandarlıq Elmi-Tədqiqat İnstitunun direktoru, dosent Mahir Hacıyev, Azərbaycan Dövlət Aqrar Universitetinin Baytarlıq təbabəti fakultəsinin dekanı, dosent Şəlalə Zeynalova və Əməkdar mədəniyyət işçisi, Azərbaycan Milli Kulinariya Assosiasiyasının və Türksoyun nəzdində türk dünyası mətbəx kültürü, elmi və sənəti birliyinin prezidenti Tahir Əmiraslanov qida sahəsinin aktual mövzuları ilə çıxış edəcəklər.