Azərbaycan Texnologiya Universiteti Rumıniyanın İasi Texniki Universiteti ilə Erasmus+ proqramı çərçivəsində əməkdaşlıq etməkdədir. Əməkdaşlıq çərçivəsində ATU-nun “Dizayn” ixtisası üzrə təhsil alan 1 tələbəsinə Rumıniyada 1 (bir) semestr müddətinə ingilis dilində təhsil alması üçün qrant ayrılıb.
Proqrama universitetin II kurs bakalavr tələbələri müraciət edə bilərlər. Proqramdan yararlanacaq tələbələrin bütün xərcləri proqram tərəfindən ödəniləcək.
Tələbələrin seçimi aşağıdakı meyarlar əsasında aparılacaq:
✓ ÜOMG
✓ Müsahibə
Müsahibədə iştirak etmək istəyən tələbələr 23 noyabr 2024-cü il tarixinədək Beynəlxalq əməkdaşlıq şöbəsi ilə (tel: 022 268 35 78; II korpus 3-cü mərtəbə otaq 2316) əlaqə saxlayıb qeydiyyatdan keçməlidirlər.